Icma.az
close
up
RU
Respublikaçılar Trampdan Kiyevə yardımın bərpasını tələb edirlər

Respublikaçılar Trampdan Kiyevə yardımın bərpasını tələb edirlər

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fasilənin olması Ukraynanın döyüş qabiliyyəti üçün dağıdıcı nəticələrə səbəb ola bilər”

ABŞ Senatındakı respublikaçılar Prezident Donald Trampdan Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandırmaq qərarlarını ləğv etməyi tələb etməyə başlayıblar. Onlar hesab edirlər ki, Kiyevə silah və sursat tədarükündə çox uzun fasilənin olması Ukraynanın döyüş qabiliyyəti üçün dağıdıcı nəticələrə səbəb ola bilər və bu, onun Rusiya ilə danışıqlarda mövqeyini sarsıdacaq. Bu barədə Amerikanın “The Hill” nəşri yazıb.

Senatorlar həmçinin kəşfiyyat məlumatlarının mübadiləsini dərhal bərpa etməyə çağırır və ABŞ-ın Ukraynanı mühüm döyüş meydanı kəşfiyyatından məhrum etməklə nə qazanacağını sual altına alırlar.

Şimali Karolinadan olan senatoru Tom Tillis əmindir ki, Ukraynaya hərbi yardımın dayandırılması Rusiya Prezidenti Vladimir Putin üçün faydalı ola bilər: "Düşünürəm ki, bu, pis optikadır. Ümid edirəm ki, silah tədarükündəki fasilə uzun sürməyəcək”.

Tillis iki həftə əvvəl orada olduğu üçün Ukraynada insanların nə qədər çətin vəziyyətdə olduğunu bildiyini söyləyib.

Senatın Təxsisatlar Komitəsinin sədri Susan Kollins hazırkı anı "Ukrayna üçün kritik vaxt" adlandırıb və ABŞ-ın hərbi yardımını dayandırmağa qarşı olduğunu bildirib. Öz növbəsində Senatda respublikaçı çoxluğun lideri Con Tun Ukraynaya hərbi yardımın dayandırılmasının müvəqqəti olduğunu vurğulayıb: “Düşünürəm ki, bu, danışıqların bir hissəsidir. Ümid edirəm ki, danışıqlar son nəticədə müharibəyə son qoyacaq sülh sazişinə gətirib çıxaracaq”.

Ukrayna təbii sərvətləri ilə bağlı danışıqlara kömək edən Cənubi Karolina senatoru Lindsey Qraham Trampın Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını elan etməsindən narahat olduğunu bildirib: "Mən uzunmüddətli perspektivdə bundan çox narahatam".

Senatın Kəşfiyyat Komitəsinin üzvü Con Kornin isə deyib ki, Ukraynaya verilən kəşfiyyat məlumatlar mübarizəni davam etdirmələri üçün zəruridir. O, bu məlumat mübadiləsinin bərpa olunacağına ümid etdiyini bildirib. Senatın Silahlı Qüvvələr Komitəsinin üzvləri Mayk Raunds və Deb Fişer də oxşar fikirləri bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Mart 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri