Icma.az
close
up
RU
CNN: “Respublikaçılar Trampa təzyiq edirlər”

CNN: “Respublikaçılar Trampa təzyiq edirlər”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, amerikalı qanunvericilərlə söhbətlərə istinad edən “CNN” telekanalı belə məlumat yayıb.
Şimali Karolina ştatından olan senator, Senatın NATO üzrə müşhaidəçilər qrupunun həmsədri Tom Tillis Moskvanın Vaşinqtonu mahiyyətcə manipulyasiya etdiyini söyləyib.
“Rusiya bizimlə piano kimi oynayır. Putin istədiyi hər şeyi əldə etdi: Prezident Trampla görüş və qırmızı xalça üzərində qəbul, daha sonra Si Cinpin tərəfindən təntənəli qəbul və Kim Çen In ilə danışıqlar. Putinin strategiyası bizi də öz arxasınca çəkməkdir”, - Tom Tillis deyib.
Tillis vurğulayıb ki, Putinin “Qərb demokratiyasını sarsıtmaq” və “ABŞ-ni zəiflətmək” istəyini etiraf etmək lazımdır. Rusiyanın Ukrayna şəhərlərinə kütləvi zərbələrini xatırladan senator Kremlin sülhdə maraqlı olmadığını iddia edib.
Onun bəyanatı NATO-nun qırıcı təyyarələrinin Ukraynaya hücum zamanı Polşanın hava məkanını pozan bir neçə rus PUA-sını vurmasından qısa müddət sonra verilib.
Telekanal xatırladır ki, senator Lindsi Qremin sanksiyaları keçirmək cəhdləri əvvəllər Ağ Evdə buna maraq olmadığına görə dirənmişdi, lakin indi prezidentdən daha sərt mövqe tələb edən respublikaçıların sıraları nəzərəçarpacaq dərəcədə genişlənir.
Bu kontekstdə, Tom Tillisin fikrincə, respublikaçıların rəhbərliyi Lindsi Qrem və demokrat Riçard Blümentalın qanun layihəsini Senata səsverməyə çıxarmalıdır ki, bu da artıq ikipartiyalı geniş dəstək qazanıb. Sənəd ABŞ prezidentinə Rusiyanın enerji resurslarını alan ölkələrdən idxala 500%-ə qədər rüsum tətbiq etməyə imkan verir.
Senatdakı çoxluğun lideri respublikaçı Con Tyun daha əvvəl demişdi ki, administrasiya Moskva ilə diplomatik əlaqələri davam etdirdiyi üçün Senat Ağ Evdən sanksiyalarla bağlı siqnal gözləyir. Bununla belə, Polşadakı insidenti şərh edərkən, o, dron hücumunun məhdudlaşdırıcı tədbirlərlə bağlı “qanunvericiliyin təkmilləşdirilməsinə marağı artırdığını” vurğulayıb.
Telekanalın Ağ Ev administrasiyasının razılığı olmadan təşəbbüsü səsə qoymağa hazır olub-olmayacağı sualına Tyun “Baxarıq. Bəzi məsləhətləşmələrə ehtiyacım var. Amma üzvlərimiz çox maraqlanır. Bu, şübhəsiz ki, ABŞ və NATO müttəfiqlərimizin gücünü sınayan təxribatçı bir hərəkət idi” cavabını verib.
“CNN” vurğulayır ki, Nümayəndələr Palatasının və Senatın Silahlı qüvvələr Komitəsindəki aparıcı respublikaçılar da ABŞ administrasiyasının Rusiyaya qarşı kursunun sərtləşdirilməsinin lehinə çıxış ediblər.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri