Respublikada bu təsərrüfatların ilkin uçotu aparılır
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən respublika ərazisində fəaliyyət göstərən (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır.
"Unikal" xəbər verir ki, bu məqsədlə təsərrüfat sahibləri - fiziki və hüquqi şəxslər ad, soyad ata adı, əlaqə nömrəsi, ünvanlarını, təsərrüfatın sahəsini, təsərrüfatın su səthinin sahəsini, yetişdirilən növləri və hər növ üzrə yetişdirilən həcmləri və satış üçün nəzərdə tutulan miqdarları qeyd edərək [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
İlkin uçotun aparılmasında əsas məqsəd ölkə ərazisində fəaliyyət göstərən təsərrüfatların sayını, onların coğrafi yerləşməsini, istifadə olunan su resurslarını, yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini və ümumi istehsal potensialını müəyyənləşdirməkdir. Toplanacaq məlumatlar gələcək illərdə yerli istehsalın təşviqi, subsidiya layihələrinin hazırlanması, təsərrüfatların qeydiyyatının sadələşdirilməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə xidmət edəcək. Fermerlərdən və sahibkarlardan formaları dolğun və dəqiq məlumatlarla doldurmaları xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 30 Sentyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















