Rəssam Fuad Nəsirovun “Hisslər memarı” adlı fərdi sərgisi açılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 fevral, AZƏRTAC
Paytaxtımızın tanınmış "Qız qalası” rəsm qalereyasında rəssam Fuad Nəsirovun “Hisslər memarı” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, nümayiş olunan əsərlərdə həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunulub.
Fuad Nəsirovun sərgisi rəngkarlığı insanın daxili dünyasının ifadə məkanı kimi təqdim edir. Burada rəng, faktura və jest yaddaşın və emosional halların daşıyıcısına çevrilir. Onun əsərləri reallığı birbaşa təsvir etmir; əksinə, hiss, duyğu və xatirə arasındakı incə sərhəddə formalaşan şübhə, gərginlik, sükut anı və jestin həssaslığını əks etdirir.
Sərgi izləyiciyə əvvəlcədən hazır hekayə təqdim etmir, əksinə, fərdi dialoq üçün açıq bir məkan yaradır. Ekspozisiya çərçivəsində əsərlərin satışı da təşkil olunub.
Sərgi fevralın 14-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Fevral 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















