Icma.az
close
up
RU
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lüksemburq, 2 noyabr, AZƏRTAC

Lüksemburqda Mədəniyyət Mərkəzində Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının (Lux-Ax) təşkilatçılığı ilə bu ölkədə yaşayan azərbaycanlı rəssam Taleh Mirkazımın hərəkət, zaman və yaddaş mövzularına həsr olunan “TRACES” (“İzlər”) adlı fərdi sərgisi açılıb.

ZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, CLAE (Comité de liaison des associations issus de l’immigration) təşkilatının, Almaniyanın Trier Universitetinin, diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları, eləcə də akademik dairələrin təmsilçiləri, Azərbaycan icmasının üzvləri və yerli sənətsevərlər iştirak ediblər.

Sərgidə rəssamın müxtəlif mövzuları əhatə edən 20-yə yaxın rəngkarlıq əsəri yer alıb.

Açılış mərasimində LuxAz-ın sədri Seymur Əhmədov, assosiasiyanın vitse-prezidenti Sevinc Ömərli və sərginin müəllifi Taleh Mirkazım çıxış edərək, tədbirin əhəmiyyətindən və təqdim olunan əsərlərin bədii xüsusiyyətlərindən danışıblar.

Mərasim iştirakçıları rəssamın əsərləri ilə yaxından tanış olmaq, onun yaradıcılıq yanaşması barədə fikir mübadiləsi aparmaq və sərgidən aldıqları təəssüratları bölüşmək imkanı əldə ediblər.

“TRACES” fərdi sərgisi insan həyatının ayrılmaz hissələri olan hərəkət, zaman və yaddaş arasındakı mürəkkəb əlaqəni bədii müstəvidə araşdırır. Taleh Mirkazımın əsərlərində velosipedlər, insan fiqurları və şəhər mənzərələri keçmiş anların, həyat təcrübəsinin və zamanın insan üzərində buraxdığı izlərin simvolik ifadəsidir.

Fiqurativ təsvirlə abstrakt ifadə vasitələrinin vəhdətindən yararlanan müəllif işıq-kölgə münasibəti və sərbəst fırça texnikası ilə kompozisiyalara dinamizm qazandırır. Sərgidə hərəkətli səhnələrlə yanaşı, insanın daxili dünyasını, düşüncə və mənəvi yaşantılarını əks etdirən əsərlər də təqdim olunur.

1984-cü təvəllüdlü rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Hazırda Almaniyada yaşayan T.Mirkazımın əsərləri Sürix, Lüksemburq, Köln və Trierdəki beynəlxalq platformalarda nümayiş etdirilib. Müəllifin iki rəsm əsəri Trierdəki Simeonstift Şəhər Muzeyinin daimi fondunda, digər işləri isə ABŞ, Avstraliya, İspaniya, İsveçrə və İtaliyadakı şəxsi kolleksiyalarda yer alır.

Azərbaycan müasir incəsənətinin Avropada tanıdılmasına və mədəniyyətlərarası dialoqa xidmət edən sərgi noyabrın 14-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri