Gənc rəssam Abdurrəhman Səlimlinin fərdi sərgisi açılıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Mayın 13-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Vəcihə Səmədova adına sərgi salonunda “Rənglərdə danışan Abdurrəhman” adlı fərdi rəsm sərgisi açılıb.
Sərgidə Mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin üzvü Abdurrəhman Səlimlinin rəsm işləri nümayiş olunub. O, 2021-ci ildən dərnəkdə fəaliyyət göstərir.
Autizm spektrində olan gənc rəssam indiyədək yerli və beynəlxalq rəsm müsabiqə və sərgilərində iştirak edib. Abdurrəhman Səlimli Yaponiya, Belarus, Qazaxıstan və digər ölkələrdə təşkil olunan beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüb. O, Azərbaycanda keçirilən bir sıra sərgilərin də qalibi və laureatıdır.
Abdurrəhman Səlimli, eyni zamanda, Mərkəzin “Çiçəyim” uşaq teatrının üzvüdür. O, müxtəlif tamaşalarda iştirak edib və uşaq teatrı festivalında I yerə layiq görülüb.
Sərginin açılışında rəssamlar və qonaqlar iştirak ediblər. Tədbirin bədii hissəsində mərkəzin kollektivləri çıxış ediblər.
Sərgi mayın 15-dək davam edəcək ("Azərtac").
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 16 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















