Rəşt Astara dəmir yolu xətti ilə bağlı məsələlər martın sonuna qədər həll olunacaq
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bunu İranın Moskvadakı səfiri Kazem Cəlali “TASS” agentliyinə verdiyi müsahibədə bildirib. “Layihə üçün torpaq sahəsinin alınmasında əhəmiyyətli irəliləyişlər əldə edilib və tikinti üçün artıq 100 km-dən çox sahə ayrılıb. Satınalma prosesi hər gün davam edir və İran tərəfinin məlumatına görə, torpaq sahəsinin alınması mart ayının üçüncü ongünlüyünə qədər başa çatacaq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun çatışmayan halqası olan Rəşt-Astara hissəsində dəmir yolunun tikintisi layihəsi ikitərəfli münasibətlərdə ən vacib layihələrdən biridir və hər iki ölkənin hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə fəal şəkildə təşviq olunur:
“Xoşbəxtlikdən, keçən il bu layihədə yaxşı irəliləyişlər gördük. Mühəndislik tədqiqatı əlavəsi imzalanıb”.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi haqqında saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə və tikinti işlərini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Tehran: “Rəşt Astara dəmir yolu məsələsi martın sonuna bitəcək”
09 Yanvar 2026 14:02
Rəşt Astara dəmir yolu layihəsini ruslar işləyir
17 Aprel 2025 16:13
Rəşt Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq
11 Oktyabr 2025 15:32
İran Rusiya şirkətinə torpaq verib: Rəşt Astara dəmir yolu inşa olunacaq
27 Sentyabr 2025 18:23
Lavrov Rəşt Astara dəmir yolu xəttinin tikintisindən danışıb
25 Fevral 2025 18:40
Baxış sayı:71
Bu xəbər 09 Yanvar 2026 10:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları