Rəşt Astara dəmir yolu layihəsini ruslar işləyir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk rusiyalı mütəxəssislərin hazırda İranda olduğunu və Rəşt-Astara dəmir yolu layihəsi üzərində işlədiklərini açıqlayıb.
Axar.az verir ki, bu barədə İSNA məlumat verib.
Məlumata görə, bundan öncə İranın Rusiyadakı səfiri Kazım Cəlali Rəşt-Astara dəmir yolunun 3-4 ildən az müddətdə tikiləcəyini bildirmişdi.
Qeyd edək ki, 2023-cü ildə Rusiya ilə İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran tikinti və layihələndirmə işlərini, habelə malların tədarükü və xidmətləri birgə maliyyələşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















