Icma.az
close
up
RU
Tehran: “Rəşt Astara dəmir yolu məsələsi martın sonuna bitəcək”

Tehran: “Rəşt Astara dəmir yolu məsələsi martın sonuna bitəcək”

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiyanın “TASS” agentliyinə müsahibəsində belə deyib.
“Layihə üçün torpaq sahələrinin alınması istiqamətində işlər xeyli irəliləyiş əldə olunub və artıq tikinti üçün 100 km-dən çox yol ayrılıb. Torpaqların alınma prosesi hər gün irəliləyir və İran ilinin sonuna, yəni martın üçüncü ongünlüyünə başa çatacaq”, - iranlı diplomat bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun çatışmayan halqası olan Rəşt və İranın Astara şəhəri arasında dəmir yolunun tikintisi “Rusiya ilə ikitərəfli münasibətlərdə ən mühüm layihələrdən biridir və bu layihə hər iki ölkənin hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə fəal şəkildə təşviq edilir”.
- Xoşbəxtlikdən keçən il biz bu layihənin reallaşmasında yaxşı irəliləyiş gördük. Mühəndislik tədqiqatına əlavə razılaşma imzalanıb”, - Cəlali vurğulayıb.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun Fars körfəzi limanlarına qoşulma yolu ilə təmin edilməsini nəzərdə tutan 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb.
Layihənin ümumi dəyəri 1,6 milyard avro həcmində qiymətləndirilir. Müqaviləyə əsasən, Moskva və Tehran zəruri məhsul və xidmətlərin layihələndirilməsi, tikintisi və tədarükünü birgə maliyyələşdirəcək.
Sankt-Peterburqu Hindistanın Mumbay limanı ilə birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) 7,2 min kilometrlik multimodal marşrutdur. Rusiya və İran vasitəsilə Baltikyanı region ilə Hindistan arasında nəqliyyat əlaqəsini təmin edəcək bu dəhlizin yük ötürmə gücünün ildə 20-30 milyon ton olacağı planlaşdırılır.
Şimal-Cənub BND Süveyş kanalı vasitəsilə Avropa, Fars körfəzi ölkələri və Hind okeanını birləşdirən dəniz marşrutuna alternativdir.
Dəhliz çərçivəsində üç marşrut qeydə alınır: dəmir yolları və limanlardan istifadə edən Transxəzər marşrutu, habelə quru yollardan ibarət qərb və şərq marşrutları. Qərb marşrutu Rusiya və İranı birbaşa birləşdirən Azərbaycandan keçir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri