Icma.az
close
up
RU
Restoranda icarədarla xanım ofisiant arasında dava: “Kişilərin içərisində məni alçatdı”

Restoranda icarədarla xanım ofisiant arasında dava: “Kişilərin içərisində məni alçatdı”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nizami rayonunda məşhur restoranlardan birinin icarədarı ilə xanım ofisiant arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 26-da rayonun Bəhruz Nuriyev küçəsi, 265 ünvanında yerləşən “Sarf” adlı restoranda baş verib. 
Astara rayon sakini, 1985-ci il təvəllüdlü Fərid noyabrın 26-da, gecə saat 2 radələrində icarə əsasında işlətdiyi  restoranda ofisiant işləyən Samirənin əvvəlcədən aralarında olan razılığa əsasən gündəlik əmək haqqını istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai yer olan həmin restoranda digər işçilərin və müştərilərin yanında qadına qarşı zorakılıq göstərib. 
Fərid Samirənin restoranı tərk etmək istəyən zaman əvvəlcə qəsdən qapıya təpiklə güclü zərbə vurub və sonra qapının qadının baş-sifət nahiyəsinə dəyməsinə nail olub. 
Daha sonra o, Samirəyə qarşı zorakılıq hərəkətlərini davam etdirib və üzərinə getməklə yumruqla baş nahiyəsindən vurub. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 5 ilə yaxındır “Sarf” adlı restoranı icarə əsasında işlədir: “Zərərçəkmiş Samirə mənim icarə əsasında işlətdiyim restoranda ofisiant kimi işləyib. Ötən ilin noyabrın 25-də, təxminən saat 20 radələrində restoranda olan zaman videomüşahidə kamerası vasitəsilə restorana nəzarət etdiyim zaman Samirənin müştərinin masasına yaxınlaşmadığını gördüm. Bundan sonra zala gəldikdə Samirənin qıraq masada əyləşdiyini gördüm və ona yaxınlaşan zaman “TikTok” sosial şəbəkəsində canlı yayım açdığını gördüm. Buna görə Samirəni otağa çağırdım. Samirə otağa gəldikdə hansı səbəbdən müştəriyə baxmamasını ondan soruşdum. Samirə isə həmin müştəriyə digər ofisiantın baxacağını bildirdi. Samirənin sözündən sonra ona digər ofisiantın masaya baxdığını və indi onun növbəsi olmasını bildirdim. Samirə masaya baxmayacağını dedi. Bundan sonra Samirə otağı tərk edərək getdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 26-da, gecə  saat 2 radələrində Samirə ona yaxınlaşaraq məvacibini istəyib: “Samirəyə üzərimdə pul olmadığını, səhər verəcəyimi bildirdim. Bu sözümdən sonra Samirə pulu indi verəcəyimi söylədi və bu zaman mübahisə yarandı. Mübahisə edən vaxt Samirə ünvanıma nalayiq ifadə işlətdiyi üçün onun üzərinə gedən zaman restoranda olan işçilər məni ayırdılar. Sonradan işçilər Samirəni restoranın qapısında çıxaranda qəsdən onu vurmaq üçün qapıya təpiklə vurdum. Qapı Samirənin sifət nahiyəsinə dəydi. Bu zaman Samirənin başı divara dəydi. Bir qədər sonra yenidən onun üzərinə getdim. Yumruqla vurmaq istəyən zaman digər işçi araya girdiyi üçün yumruğum ona dəymədi. Təxminən 5 dəqiqə sonra Samirə restoranı tərk edərək getdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, “Sarf” adlı restoranda ofisiant işləmyib, gündəlik 20 manat maaş alıb: “Noyabrın 25-də saat 20 radələrində işdə olan zaman müştəri az olduğu üçün “TikTok” sosial şəbəkəsində canlı yayım açdım. Bir qədər sonra restoranın icarədarı Fərid yaxınlaşaraq canlı yayımı bağlamağımı, işim ilə məşğul olmağımı bildirdi. Mən canlı yayımı bağladıqdan sonra öz işlərim ilə məşğul odum”. 
Zərərçəkmiş qeyd edib ki, noyabrın 26-da, gecə saat 2 radələrində hazırlaşaraq evə gedən zaman Fəridə yaxınlaşıb, maaşını və depozitini istəyib: “Lakin Fəriud Fərid üzərində pul olmadığını, heç kimə pul verə bilmədiyini, səhər verəcəyini bildirdi. Yenidən ondan maaşımı istədim. Fərid ünvanıma nalayiq ifadə işlətdi. Mən isə həmin nalayiq ifadənin onun ailə üzvlərinə aid olmasını dedim. Bu sözümdən sonra Fərid üzərimə gəldi. Məni vurmaq istəyən zaman işçilər və müştərilər onu tutdu. Mübahisə zamanı qapını açaraq gedəndə Fərid üzərimə gəldi, qəsdən giriş qapısına təpiklə vurdu və qapı sol sifət nahiyəmə dəydi. Fərid üzərimə gələrək yenidən yumruqla baş nahiyəmə zərbə endirdi”.
Zərərçəkmiş şəxs bildirib ki, ona rəfiqəsi ofisiant işinin olduğunu deyib: “Rəfiqəm bildirdi ki, istəsən gələrək işlə. Mən də müvəqqəti olaraq işləmək üçün razılaşdım. Əmək haqqını gündəlik 20 manata danışdım. İki aya yaxın Fəridin işçisi kimi orada işləmişəm. Orası düzdür, mən iş vaxtı “TikTok”da canlı yayım açmışam. Fərid kamerada “canlı” açdığımı görərək, əsəbləşdi və mənə dedi ki, sən sabahdan istirahətdəsən. Mən də günün sonuna qədər gözlədim ki, maaşımı alım. Buna görə də günün sonunda maaşımı istədim. Fərid isə sabah gələrək maşımı almağı dedi. Fərid məndən əvvəl aşpaz qadının da maaşını kəsmişdi. Ona görə bildim ki, mənim pulumu da  kəsəcəkdir”. 
Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu zaman bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər: “Daha sonra Fərid üstümə hücum etdi. Orada olan müştərilərin və işçilərin, kişilərin içərisində məni alçatdı.  İlk Fərid məni söydü. Mən də onu söydüm. Bundan sonra Fərid qaça-qaça gələrək məni vurdu. Bu hadisə Fəridin təşəbbüsü ilə başlayıb”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 5 ay müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri