Icma.az
close
up
RU
Restoranda qiymət yenilənir, amma menyu köhnədir Müştəri nə etməlidir?

Restoranda qiymət yenilənir, amma menyu köhnədir Müştəri nə etməlidir?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bəzən bəzi ictimai iaşə və satış məntəqələrində faktiki qiymətlərlə təqdim olunan menyu və ya elanlardakı qiymətlər arasında fərqlər müşahidə olunur. Müştəri bir qiymət görür, amma kassada başqa məbləğ tələb olunur və buna səbəb kimi “yenilənmiş qiymət” göstərilir. Məsələn, menyu və ya vitrində qiymət 5 manat göstərildiyi halda kassada 6 manat çıxır.

Müştəri irad bildirəndə isə deyilir ki, yeni qiymətimiz budur, məhsulu ancaq bu qiymətlə təqdim edə bilərik. Bu hallar müştərini çaşdırır, narazılığa səbəb olur. Bu kimi situasiyalarda müştəri nə etməlidir? Müştəri menyuda gördüyü qiymətə əsasən ödəniş tələb edə bilərmi?  Restoran, kafe və digər satış obyektləri müştəriyə təqdim etdikləri menyu, lövhə, sosial şəbəkə paylaşımı və ya digər elanlarda göstərilən qiyməti sonradan kassada dəyişdirmək hüququna malikdirmi?

Ölkə.az xəbər verir ki, marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirdi ki, marketinq baxımından qiymət şəffaflığı brendlərin ən vacib etibar elementlərindəndir: “Ümumiyətlə, iaşə obyektlərində menyudakı qiymətlərlə kassadakı məbləğ arasında uyğunsuzluqların müşahidə olunması isə həm müştəri məmnuniyyətinə, həm də markanın imicinə birbaşa zərər vurur".

Onun sözlərinə görə, qanunvericilik bu məsələni açıq şəkildə müəyyənləşdirir: “Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən, istehlakçı aldığı xidmət və məhsul barədə dolğun və düzgün məlumat almaq hüququna malikdir. Buna qiymət də daxildir - yəni menyuda göstərilən rəqəm satıcının rəsmi təklifidir”.

S.Mehdiyev deyir ki, şirkətlər qiymət dəyişiklikləri edə bilər, lakin bu dəyişikliklər müştəriyə dəqiq, vaxtında və hər platformada eyni şəkildə təqdim olunmalıdır: “Əks halda, müəssisə həm hüquqi məsuliyyətlə, həm də itirilmiş etibar və mənfi reputasiya ilə üzləşə bilər. Bu gün bazar rəqabəti yalnız məhsula görə deyil, şəffaflıq və dürüstlüyə görə gedir. Qiymət dəqiqliyi isə bu etibar zəncirinin ən görünən halqasıdır”.

S.Mehdiyev deyir ki, menyuda fərqli qiymət yazılıb, müştəridən kassada özlərinin dediyi fərqli qiyməti tələb edirlərsə, müştəri gördüyü qiymətlə ödəniş edə bilər: “Əgər israrçılıq halları olarsa, müştəri əlindəki sübutlarla lazımi qurumlara şikayətini bildirə bilər". 

Marketoloq son olaraq qeyd etdi ki, son zamanlar iaşə obyektlərində menyudakı qiymətlərdən əlavə "Servis haqqı" əlavə edilir və bu bir çox hallarda sonradan bildirilir: “Bu da istehlakçı hüququnun pozulmasıdır. Bütün məlumatlar öncədən və dəqiq formada təqdim edilməlidir”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri