Icma.az
close
up
RU
Bakıda restoranda hesab üstündə dava Xanım müştəri həbs edildi

Bakıda restoranda hesab üstündə dava Xanım müştəri həbs edildi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən "Sherlock Music Pub" iaşə obyektində insident baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, gecə saat 00:30-da restoranda bir qrup müştəri arasında dava düşüb.

Belə ki, sərxoş vəziyyətdə olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətinə mane olub.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərib.

Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonunun Xudat şəhər sakini, 1987-ci il təvəllüdlü N.İsmayılova (şərti) olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub və sənədlər Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan şəxsin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini bildirib:

"Həmin vaxt "Sherlock" restoranında bir müddət istirahət etmişdim, yemək yeyib, spirtli içki qəbul etmişdim. Daha sonra hesab üstündə mübahisə düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən, tanımadığım şəxs ödəmək istəyirdi. Mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları məni şöbəyə apardılar. Törətdiyim əməldən peşmanam".

Nizami Rayon Məhkəməsinin qərarı ilə N.İsmayılovaya 5 sutka inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see474

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see315

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see308

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see276

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see245

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see230

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see228

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see216

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see202

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see193

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see186

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see179

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see175

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see172

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see171

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see170

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see165

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see157

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see149

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri