Restoranda siqaret çəkdi Həbs edildi
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Bakıda restoranda siqaret çəkən müştəri həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən "Əsmət" restoranında baş verib.
Belə ki, 1980-ci ildə Bakı şəhərində anadan olmuş N.H. sözügedən retoranda tanışları ilə oturaraq yeyib-içdikdən sonra siqaret çəkməyə başlayıb. Restoranda ofisant ona siqaret çəkməməyi tövsiyyə edib. Lakin N.H. ofisantın iradını qulaqardı edərək, siqaret çəkməyə davam edib.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. O, bundan sonra ofsianta rus dilində "kim işverənlik edib?" deyib.
N.H. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.H. barəsində 30 gün müddətə inzibati həbs tətbiq olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Mart 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















