Icma.az
close
up
RU
Restoranlarda servis haqqı qadağan edilməlidir Deputatdan AÇIQLAMA

Restoranlarda servis haqqı qadağan edilməlidir Deputatdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bəzən istirahət etmək, xoş vaxt keçirmək üçün bir restorana gedirsən. Ailə ilə və ya dostlarla oturub yeməyini yeyirsən, sakit şəkildə həm dadın, həm məkanın ab-havasından zövq alırsan. Amma ən sonda hesab masaya gələndə bütün əhvalı korlayan bir detal ortaya çıxır: servis haqqı. Ucuz menyulu restoranlarda bu xidmət haqqı bəzən o qədər də nəzərə çarpmır. Hesaba əlavə olunan məbləğ kiçik olur və adam bunu çox problem etmədən ödəyir. Lakin ailəvi şəkildə daha bahalı yeməklər sifariş etdikdə, xüsusən də böyük hesab olanda servis haqqının faizi birdən-birə xeyli şişir. Bu zaman vətəndaşın ödədiyi məbləğ gözlədiyindən qat-qat çox olur və əlavə pul vermək insanı narahat edir.

İnsan öz-özünə düşünür ki, mən artıq yeməyin pulunu ödəyirəmsə, xidməti niyə ayrıca və bu qədər yüksək ödəməliyəm? Restoranlar bəzən bu ödənişi gizli şəkildə hesaba əlavə etdiklərinə görə müştəri əvvəlcədən bunu hesablaya bilmir. Nəticədə, xoş vaxt keçirmək üçün seçilən məkan günün sonunu narazılıq və məyusluqla başa vurmağa səbəb olur. Məhz buna görə də bir çox ölkələrdə servis haqları ya ümumiyyətlə qadağan edilir, ya da ciddi şəkildə tənzimlənir. Çünki xidmətin dəyəri əvvəlcədən menyuda görünməli, müştəri isə nə qədər ödəyəcəyini başdan bilməlidir. Bu, həm şəffaflıq yaradır, həm də insanların yüksək və gözlənilməz ödənişlərlə üzləşməsinin qarşısını alır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, bəzi ölkələrdə restoranlarda servis haqları qadağan olunur:

"Çünki servis haqları əslində təklif olunan xidmətin və ya məhsulun, qidanın qiymətinə daxil olmalıdır. Yəni strukturun bu kontekstdə qiyməti fərqləndirməsi arzuolunan deyil və bir çox ölkələrdə də praktik olaraq buna imkan verilmir, icazə verilmir. Ona görə də Azərbaycanda servis haqlarının bəzi xidmət sektoru üçün əlavə qazanc mənbəyinə çevrildiyi müşahidə olunur. Bir sıra hallarda isə vətəndaş ödəniş edən zaman daha yüksək məbləğin tələb olunduğunu görür. Çünki servis haqlarını öncədən hesablamaq da çətindir. Buna görə də Azərbaycanda həm servis haqlarının tənzimlənməsi, həm də ümumiyyətlə bu sahədə inzibati metodlardan daha çox istifadə olunması məqsədəuyğundur. Düşünürəm ki, xidmət sektorunda süni şəkildə servis haqlarının müəyyənləşdirilməsinin tənzimlənməsi və eyni zamanda bir çox ölkələrin təcrübəsinə uyğun olaraq onların qadağan edilməsi məqsədəuyğundur. Çünki bu, nəticə etibarilə vətəndaşlarımız üçün əlavə xərcin və ya izafi ödənişin qarşısını ala bilər. Bu baxımdan daha ədalətli və daha məqsədəuyğun addım servis haqlarının tənzimlənməsi və növbəti mərhələdə təbii ki, onların qadağan edilməsidir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri