Icma.az
close
up
RU
Restoranlarda servis haqqının alınması qanunsuzdur? Vəkildən AÇIQLAMA

Restoranlarda servis haqqının alınması qanunsuzdur? Vəkildən AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni il gecəsi və bir neçə gün öncə üçün qiymətlərin artacağı müşahidə olunur. Adambaşı 100 manatdan başlayan banket menyuları və şişirdilmiş servis haqqı insanlarda narazılıq doğurur. 
Məsələ ilə bağlı tanınmış vəkil Turan Abdullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir vətəndaşın getdiyi ictimai-iaşə obyektində, kafedə, restoranda menyu ilə tanış olmaq hüququ var.
Onun sözlərinə görə, menyunun təqdim olunmaması tam qanunsuzdur:
"Menyudakı qiymətlərin əvvəlki qiymətlərdən kəskin fərqləndiyini müəyyən edən vətəndaş həmin restoranın, kafenin xidmətlərindən yararlanmadan oranı tərk edə bilər, bununla bağlı aidiyyəti qurumlara şikayət edə bilər. 
Bundan əlavə menyuda qeyd olunmayan və öz əksini tapmayan əlavə xidmət haqqının tələb olunması da qanunvericiliklə qadağandır. Dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstəriləndə, onsuz da, istehlakçı mütləq artıq pul verir. Ancaq zorla ondan menyuda öz əksini tapmayan əlavə servis haqqının tələb olunması qəti qadağandır".
Vəkil deyib ki, adətən bahalı restoranlarda əlavə servis haqqı tələb olunması hallarına rast gəlinir:
"Buna görə də həmin restoranlara gedərkən və sifariş verməmişdən öncə menyuya diqqətlə nəzər yetirmək lazımdır. Menyuda əlavə faiz və ya əlavə ödəniş kimi servis haqqı qeyd edilibsə, siz bununla razılaşmayaraq oranı tərk edə bilərsiniz. Lakin menyuda hər hansı faizin tutulması və ya  əlavə ödənişin olması ilə bağlı qeyd olmadan sonradan yazılı təqdim olunan "hesab" da bu məbləğin göstərilərək tələb edilməsi qanunsuzdur və məsuliyyətə səbəb olur".
O qeyd edib ki, bu cür məsələlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır:
"Menyuda qeyd edilmədən hər hansı faizin tutulması, əlavə ödənişin, yaxud musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır və göstərilən xidmətlər və ya işlər üçün menyuların olmaması və ya onların düzgün tərtib edilməməsi inzibati məsuliyyət yaradır".
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. Yalnız fərdi müraciətlər əsasında araşdırma aparılır.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri