Icma.az
close
up
RU
Restoranlardakı ulduz sertifikatı müştərilərin rahat seçiminə səbəb ola bilər AÇIQLAMA

Restoranlardakı ulduz sertifikatı müştərilərin rahat seçiminə səbəb ola bilər AÇIQLAMA

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin may ayında ölkəmizdə restoranlara da hotellər kimi ulduz kateqoriyalarının verilməsi ilə bağlı proseslərə start verilib, artıq bununla bağlı müraciət edib ulduz əldə edən restoranlar da var. Bəs bu proses necə aparılır?

Oxu.Az ATV-nin "İqtisadi zona" verilişinə istinadən xəbər verir ki, artıq bir müddətdir Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsini həyata keçirir. Reytinq təsnifatı üç, dörd, beş ulduz olmaqla aparılır. Restoranların ulduz kateqoriyası alması könüllüdür, istənilən sahibkar özü bu təşəbbüslə elektron və ya hətta yazılı formada Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) şöbə müdiri Samir Mehralıyev bildirib ki, müraciət edildikdən sonra 30 iş günü ərzində Qida Təhlükəsizliyi İnstitutu və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən müraciət etmiş sahibkarlıq subyektində qiymətləndirmə aparılır:

"Növbəti 10 iş günü ərzində isə artıq qarşı tərəfə qida subyekti ilə bağlı nəticələrlə bağlı rəsmi bildiriş göndərilir. Artıq bu çərçivədə ilk dəfə olaraq beş ulduz verilən restoran da var. Müraciətlər çoxdur, qiymətləndirmələr hazırda da davam edir".


Turizm eksperti Ceyhun Aşurov “Sherg.az”a bildirib ki, artıq otellərdə olduğu kimi restoranların da təsnifatlaşdırma məsələsinə baxılır:



“Çünki şəhərimizdə və regionlarda kifayət qədər restoranlar var. Buna görə də artıq restoranların keyfiyyət göstəriciləri, menyuları, içərinin şəraiti, xidmət və işçi heyətinin bilik səviyyəsinin əhəmiyyətinə görə, ulduzlaşma təsnifatı gündəmdədir. Əlbəttə ki, bunun olması alıcılar və istehlakçılar üçün yaxşıdır. Yəni turistləri daha çox məmnun etmək üçün bu cür ulduzlaşma təsnifatının tətbiq olunması istehlakçıların xeyrinədir. Yəqin ki, bununla bağlı, müvafiq qurumlar var və kriteriyalar müəyyən edilib. O, kriteriyalardan isə həmin restoranlar keçməlidir. İşçi komissiyası bunu yoxlayıb müəyyən etdikdə kriteriyalara nə qədər cavab verdiyinə görə həmin restoranların ulduzlama məsələsini yerinə yetirirlər. Bu ilk növbədə sağlam rəqabətin olmasında müsbət rol oynayacaq. Çünki bəzi restoranlar var ki, onlar müxtəlif cür özlərini reklam edə bilirlər. sosial şəbəkələrdə özlərini olduğundan daha keyfiyyətli şəkillər ilə öndə olduqlarını göstərirlər. Amma ulduz təsnifatı nəticəsində bunların real qiymətləndirilməsi tam obyektiv şəkildə aparılarsa, istehlakçılar hər şeydən xəbərdar olacaq. Çünki hər bir istehlakçı özü üçün hər bir restoranı təftiş edə bilməz. Düzdür, hazırkı internet dövründə artıq bir sıra saytlarda reytinqləri görə bilirik. Amma müvafiq qurum tərəfindən verilən ulduz sertifikatı müştərilərin daha rahat seçim etmələrinə və ədalətli rəqabət mühitinin yaranmasına səbəb ola bilər. Əvvəlcə dəqiqləşdirmək lazımdır ki, restoranların ulduzlaşma sertifikatını hansı qurum verir. Buna müvafiq olaraq da oradan kriteriyaları bilə bilərik. Dünya praktikasında belə bir nümunələr var. Düşünürəm ki Azərbaycanda bu praktikanın olması, xidmətin səviyyəsinin yüksəlməsinə xidmət edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri