Icma.az
close
up
RU
Restoranlardakı servis haqqı kimin cibinə gedir? AÇIQLAMA

Restoranlardakı servis haqqı kimin cibinə gedir? AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Restoranlarda müştərilərdən əlavə olaraq alınan servis haqqı son illərdə geniş yayılmış üsullardan biridir. Bu ödəniş adətən xidmətin keyfiyyətinə görə hesabda göstərilir və müştəri tərəfindən məcburi şəkildə ödənilir. Lakin bir çox hallarda müştərilər bu vəsaitin kimə çatdığı, ofisantların bundan faydalanıb-faydalanmadığı barədə kifayət qədər məlumata malik olmur. Bəzi restoranlarda servis haqqı işçi heyət arasında bölüşdürülsə də, digər hallarda bu məbləğ birbaşa müəssisənin gəlirinə daxil edilir.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Demokrat.az-a bildirib ki, Azərbaycanda “servis haqqı” və “çay pulu” məsələsi son illərdə ictimai iaşə sektorunda formalaşmış və müəyyən mənada bazar tərəfindən qəbul olunmuş praktikaya çevrilib:
“Xüsusilə bahalı və yüksək xidmət göstərən restoranlarda servis haqqının tətbiqi geniş yayılıb. Bunun əksinə olaraq, “fast food” və ya dönər tipli daha sadə iaşə obyektlərində bu cür ödənişlərə demək olar ki, rast gəlinmir. Bu da xidmət səviyyəsi ilə qiymət siyasəti arasında formalaşmış qeyri-rəsmi bir balansın göstəricisidir. Eyni zamanda, “çay pulu” məsələsi də müxtəlif restoranlarda fərqli şəkildə tətbiq olunur. Bəzi müəssisələrdə toplanan məbləğ bütün heyət arasında bölüşdürülür, digərlərində isə hər bir ofisiant bu pulu özü üçün saxlayır. Bu fərqliliklər göstərir ki, məsələ tamamilə müəssisədaxili qaydalarla tənzimlənir. Servis haqqının kimə çatdığı isə daha mürəkkəb sualdır. Praktikada bu məbləğin bəzən işçilər arasında bölüşdürüldüyü, bəzən isə birbaşa müəssisənin ümumi gəlirinə daxil edildiyi müşahidə olunur. Qanunvericilikdə bu barədə konkret və məcburi tələbin olmaması bu qeyri-müəyyənliyi daha da artırır”.
O deyib ki, Azərbaycanda servis haqqını və ya çay pulunu birbaşa tənzimləyən xüsusi qanun və ya normativ sənəd mövcud deyil:
“Mövcud hüquqi baza isə yalnız ümumi prinsipləri müəyyən edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, ticarət və ictimai iaşə qaydaları, eləcə də Vergi Məcəlləsi əsas çərçivəni təşkil edir. Bu sənədlərə əsasən, göstərilən xidmətin qiyməti əvvəlcədən və aydın şəkildə müştəriyə təqdim olunmalıdır. Hər bir ödəniş qəbzdə ayrıca göstərilməli və gizli ödənişlərə yol verilməməlidir. Bu baxımdan servis haqqının tətbiqi qanunsuz sayılmır, lakin onun şəffaf şəkildə təqdim olunması vacib şərt kimi çıxış edir. Problem isə məhz bu şəffaflığın hər yerdə təmin olunmamasıdır. Bəzi hallarda hesabın üzərinə əvvəlcədən bildirilmədən 5-15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərin, həm də turistlərin narazılığına səbəb olur. Bu cür hallar isə ölkənin qonaqpərvərlik imicinə mənfi təsir göstərir.
Müasir turizm standartlarında qiymət şəffaflığı əsas prinsiplərdən biri hesab olunur. Digər tərəfdən, restoran biznesini sistemli şəkildə tənzimləyən vahid dövlət qurumunun olmaması da bu sahədə boşluqlar yaradır. Mövcud qurumlar yalnız müəyyən aspektlərə nəzarət edir və xidmət siyasətinə birbaşa müdaxilə etmirlər. Bu isə vahid standartların formalaşmasına mane olur. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanda servis haqqı praktikası formalaşsa da, onun hüquqi və institusional tənzimlənməsi hələ də yetərli səviyyədə deyil. Mövcud vəziyyət bazar mexanizmləri ilə idarə olunur, lakin bu da bəzən qeyri-şəffaflıq və narazılıqlara səbəb olur. Servis haqqının tətbiqi özü problem deyil, əsas məsələ onun necə tətbiq olunmasıdır. Əgər bu ödəniş əvvəlcədən açıq şəkildə göstərilərsə və istehlakçı tərəfindən aydın qəbul olunarsa, həm müştəri məmnuniyyəti təmin edilər, həm də sektorun ümumi imici güclənər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri