Icma.az
close
up
RU
Restoranlardakı iftar menyuları dinə ziddir İlahiyyatçıdan AÇIQLAMA

Restoranlardakı iftar menyuları dinə ziddir İlahiyyatçıdan AÇIQLAMA

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Restoranlarda iftar süfrəsi üçün menyuların mövcud olduğu xəbərini vermişdik. Xatırladaq ki, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir. Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır. 

Bəs, maraqlıdır, bu tip iftar süfrələrinin verilməsi nə dərəcədə dinin tələblərinə uyğundur? 

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, iftar təmənnasız olmalıdır. Qurban ətini və iftarı pulla satmaq alverdir, ibadət deyil.

Onun sözlərinə görə, kafelərdə təqdim olunan menyuların adının iftar qoyulması dinə ziddir və günahdır. T.İrfan qeyd edib ki, oruc tutan adamlara kimsə iftar verirsə onun əvəzinə pul almamalıdır:

"Ramazan ayı rəhmət ayıdır, zəhmət ayı deyil. Bu ayda təmənnasız kömək etmək, səxavət göstərmək lazımdır. Restoranınlar yemək verirsə, bunun adını iftar qoyub əvəzinə ödəniş alırsa bu dindən sui-istifadə və fürsətcillikdir".

Həmsöhbətimizin dediyinə görə, Ramazan ayında vacib şərtlər odur ki, hər bir gücü yetən müsəlman Ramzanda oruc tutmalıdır. Qeyd edib ki, səfərdə olanlar, xəstələr, hamilə və süd verən qadınlar, yaşlılar oruc tutmaya bilər. Həmçinin uşaqlara da vacib deyil. Həddi buluğa çatandan sonra oruc tutmaq onlara fərz olur:

"İftar və imsak süfrələri açıb oruc tutanları dəvət etmək də savab əməllərdəndir. Amma bir şərtlə ki, bu təmənnasız olsun. Əgər təmənnalıdırsa onun adını iftar qoymaq doğru deyil. Təsəvvür edin ki, kimsə oruc tutanların dəvət edir və yeməkdən sonra onlardan pul alır. Bu necə iftar ola bilər. Ya təmənnasız verməli, ya da adını iftar qoymamalıdır".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri