Loading...0 “Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1 ci Xanıma da yolla...” | Icma.az
Icma.az
close
up
RU
“Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1 ci Xanıma da yolla...”

“Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1 ci Xanıma da yolla...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Zənnimcə, Ramiz Mehdiyevin Rəsul Quliyev səmimi olaraq dəstəkləməsi mümkün deyil. Həm də o mənada ki, Rəsul Quliyev artıq 30 ilə yaxındır Amerikadadır, Ramiz Mehdiyev isə Rusiyanın adamı sayılır...”

“Rəsul Quliyevin spiker olduğu və sonrakı müddətdə sabiq PA rəhbəri Ramiz Mehdiyevlə münasibətləri haqda məlumatınız varmı?  Səhv etmirəmsə, siz 1998-2000-ci illərdə mərhum İlyas İsmayılov və Rəsul Quliyev ADP-də həmsədr olanda “Hürriyyət” qəzetinin əməkdaşı kimi ADP-yə yaxın olmusuz. Yəni Rəsul Quliyevlə yaxından ünsiyyətdə olmaq imkanınız olub... Sizcə, onunla Ramiz Mehdiyevin arasında hansısa gizli siyasi bağlılıq olmayıb ki?”

Bu sualla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Mən jurnalistikada və siyasi meydanda olduğum dövrlər ərzində Ramiz Mehdiyevlə Rəsul Quliyev arasında hər hansı bir yaxın münasibət sezməmişəm. İndi isə bunu ondan da hiss edirəm ki, vaxtilə mənim Ramiz Mehdiyev haqda yazdığım tənqidi məqalələr məhz Rəsul Quliyevin açdığı “Azpolitika” saytında dərc olunurdu.  Ramiz Mehdiyev haqda 2010-cu ildə yazdığım satirik şeir də ilk dəfə həmin saytda dərc olundu. Və  bununla bağlı Rəsul Quliyev tərəfindən heç bir etiraz eşitmədim, hiss etmədim... 2017-ci ildə mən Ovqat.com saytının rəhbəri kimi o vaxt həbsdə olan Beynəlxalq Bankın sabiq sədri Cahangir Haciyevdən götürdüyüm  və saytda dərc etdiyim müsahibəyə görə məni Baş Prokurorluğa çağırıb xəbərdarlıq etdilər. Həmin müsahibədə C.Hacıyev bankda baş verən yeyinti hallarına görə “5-ci kalon” nümayəndələrini də suçlayırdı... Ondan sonra mən Ramiz Mehdiyevə açıq məktub yazaraq onu bir daha kəskin tənqid etdim və bildirdim ki, bir jurnalist olaraq mənə qarşı bütün bu təzyiqlərin arxasında o dayanır. Həmin məktubu saytda oxuyan Rəsul Quliyev mənə zəng edərək müsbət rəyini bildirdi və tövsiyə etdi ki, o məktubu olduğu kimi Prezident İlham Əliyev və 1-ci xanım Mehriban xanım Əliyevaya göndərim. Dedim ki, saytda yazı dərc olunandan sonra buna nə ehtiyac var. Cavab verdi ki, həmin müraciət sənin təhlükəsizlik qarantın olacaq. Çünki Ramiz Mehdiyev səni həbs etdirə bilər... Buna baxmayaraq hesab etdim ki, uzaqbaşı mənim özümə fərdi olaraq nəsə zərbə vura bilərlər, vəzifədə qohum-əqrəbam yoxdur ki, azad edələr. Bu baxımdan düşündüm ki, qaradan artıq rəng yoxdur. Ancaq sonradan bildim ki, kimlərsə mənim təhlükəsizliyim üçün Ramiz Mehdiyev haqda yazını harasa yollayıb... 

1998-2000-ci illərdə isə “Hürriyyət” qəzetində adi bir müxbir kimi çalışırdım. Və o dövrdə də Rəsul Quliyevin mənim yazılarıma xüsusi simpatiyası var idi. Demək olar ki, hər gün yazılarımla bağlı zəng edirdi, danışırdıq, öz fikirlərini bildirirdi. O vaxt hələ qəzetin internet versiyası olmadığından yazılarımı ona xüsusi şəkildə faksla göndərirdilər. Bir də hərdən ondan müsahibə alırdım.  Bir sözlə, o vaxtlar Rəsul Quliyevlə mənim əlaqəm sadəcə bir jurnalist-siyasətçi münasibəti çərçivəsində olub. Yalnız bir dəfə məndən öz siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərdi, ancaq mən bundan imtina etdim. Onun hansısa gizli siyasi işlərini də bilmirdim... 

Rəsul Quliyevlə daha yüksək səviyyədə münasibətlərimiz isə 2010-2011-ci illərdə yaranıb. O zaman mənimlə artıq bir siyasətçi kimi bir sıra məsələlərdə məsləhətləşirdi. Özəlliklə partiya quruculuğu ilə  bağlı ən çox məsləhətləşdiyi adam mən idim. Hətta bir dəfə mənə özünün müavini kimi Açıq Cəmiyyət Partiyasına rəhbərlik etməyi təklif etdi, ancaq mən razılaşmadım... 

Zənnimcə, Ramiz Mehdiyevin Rəsul Quliyev səmimi olaraq dəstəkləməsi mümkün deyil. Həm də o mənada ki, Rəsul Quliyev artıq 30 ilə yaxındır Amerikadadır, Ramiz Mehdiyev isə Rusiyanın adamı sayılır. Yəni siyasi baxımdan bir araya sığmayan, ayrı-ayrı qütblərə məxsus adamlar olub. Bu yaxınlığa heç Rusiya da Mehdiyevə icazə verməzdi. Onu da yaxşı bilirəm ki, Rəsul Quliyevin hakimiyyətdə olduğu dövrdə də Ramiz Mehdiyevə elə bir simpatiyası olmayıb...

Digər tərəfdən, 2002-2003-cü illərdə Ramiz Mehdiyevlə Rəsul Quliyev birləşə bilsəydi, dövlət çevrilişi edə bilərdilər. Çünki Rəsul Quliyevin YAP-da da ciddi dəstəkşiləri var idi. Sonradan onlardan bir çoxu ayrılaraq ADP-yə daxil oldular. Ancaq inanmıram ki, o dövrdə Ramiz Mehdiyev Rəsul Quliyevi səmimi şəkildə dəstəkləyə bilərdi. Çünki yenə deyərəm, biri Amerikada idi, digəri isə Rusiyanın adamıydı...”

Təqdim etdi: 

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see273

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see249

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see219

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see202

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see183

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see149

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see146

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see144

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see135

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see134

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see134

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri