Venesuelanın iki prezidentini birləşdirən QADIN Maduronu iqtidara daşıyan Siliya Flores KİMDİR?
Icma.az bildirir, Bizim media portalına istinadən.
Venesuelaya genişmiqyaslı hücumlar edən ABŞ cəmi bir neçə saatdan sonra prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi həbs etdi.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! ABŞ hərbçiləri Maduro və həyat yoldaşını ələ keçirdi – FOTO
Sual yarana bilər ki, əslində gecəylə, satılmış qüvvələrlə danışıqlar sayəsində ələ keçirilən bir başçının yaşlı xanımı bu superdövlətin nəyinə lazım idi?! Amma Venesuelanın birinci xanımının həyat hekayəsinə baxanda suala cavab tapmaq mümkündür.
Siliya Flores, ya da ölkəsinin ilk inqilabçı döyüşçüsü!
Hələ 2018-ci ilin may ayında Kanada, sentyabr ayında isə ABŞ Floresə qarşı sanksiyalar tətbiq etmişdi. Yəni Vaşinqtonun qara siyahısına Madurodan qabaq düşən onun xanımıdır.
Elə fəaliyyətinə baxsaq və latın amerikalıların sözlərinə bel bağlasaq, görərik ki, Maduronu Maduro edən də Floresdir. Bir çoxları Maduronun arxasındakı əsas gücün həyat yoldaşı Siliya Flores olduğuna əmindir.
1992-ci il Venesuelada çevriliş cəhdindən sonra o, hərbi üsyançıları müdafiə edib. Vəkil kimi o, Uqo Çavesin rəhbərlik etdiyi çevriliş cəhdinin məhkəməsində iştirak edib və 1994-cü ildə Çavesin azadlığa buraxılmasını təmin edib. Bununla da həm gələcək prezidentin, həm də xalqın sevgisini qazanıb.
Həmin vaxtdan Venesuela Birləşmiş Sosialist Partiyasının üzvü və 2000-ci ildən Venesuela Milli Assambleyasının üzvüdür. 2006-cı ildə o, Milli Assambleyanın ilk qadın prezidenti seçilib və 2012-ci ildə Çaves onu Baş prokuror təyin edib.
Həmin illərdə Flores Maduronu tanısa da, parlaq karyerası yüksəklikdən aşağı boylanmağa imkan vermirdi. Amma 2000-ci illərdən etibarən bu ikili cütlük kimi görünməyə başlayır. Maduronun zamanla yüksəlişi – 2005-2006-cı illərdə Parlamentin sədri, 2006-cı ildən sonra isə xarici işlər naziri olması da məsələni həll edir. 2012-ci ildə Çaves tərəfindən vitse-prezident təyin edilməsi onun gücünü daha da artırıb.
Belə fikirlər də dolaşır ki, həmin il Maduronun "xələf” elan olunmasında bu güclü xanımın barmağı var. Tarixdə ərə gedəcəyi kişini əvvəlki lider kişisinin sayəsində başqan edən qadınlar az olmayıb.
Bu da onlardan biri və müasirimiz!
2013-cü ildə Maduronun prezident seçilməsi onların vətəndaş nikahını rəsmi qeydiyyata alır. Maduro hələ seçkiqabağı kampaniya zamanı onunla evlənəcəyinə şahidlər qarşısında boyun olub, çünki ölkə konstitusiyası belə tələb edirdi.
Hələlik isə bu tarixi cütlüyün aqibəti bəlli deyil. ABŞ rəsmiləri köhnə inqilabçıları məhkəməyə çıxaracağını desə də Venesuelada liderlərin sağ olması ilə bağlı dəlil tələb olunur.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 03 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















