Icma.az
close
up
RU
“Rəsulzadənin dövlətçilik istiqamətində irsi öyrənilməlidir” Qulu Məhərrəmli

“Rəsulzadənin dövlətçilik istiqamətində irsi öyrənilməlidir” Qulu Məhərrəmli

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tarix yaddaşında həmişə qlobal ideyaların müəllifi və daşıyıcısını saxlayır. Bu mənada Məhəmməd Əmin Rəsulzadə Azərbaycan istiqlalının yaradıcıs, istiqlal məfkurəsinin daşıyıcısı kimi tarixdə qalmış çox böyük görkəmli şəxsiyyətdir”.

Bunu Redaktor.az-a açıqlamasında professor Qulu Məhərrəmli Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 141 illiyi ilə bağlı danışarkən deyib.

Q.Məhərəmmli deyib ki, onun adıyla çox şey bağlıdır:

“Birinci növbədə Azərbaycan xalqının milli mübarizəsi, milli özünüifadəsinin məhsulu olan Azərbaycan Cümhuriyyətinin yaradılması, daha sonra görkəmli publisist, kultroloq Azərbaycan üçün bir çox dəyərləri yaratmış böyük şəxsiyyət. Biz əlbəttə ki, M.Ə.Rəsulzadəni ildönümündən-ildönümünə deyil, ilin hər günündə oxumalı, öyrənməli, ibrət dərsi almalıyıq. Biz M.Ə.Rəsulzadə üçün çox şey etmişik, xalq olaraq onun əsərlərinin toplanması, çapı, elmi-biqorafiyasının hazırlanması, ayı-ayrı əsərlərinin təbliği istiqamətində xeyli işlər görülüb. O baxımdan burda çox görkəmli alimlərimizin adlarını hörmətlə xatırlamağa dəyər”.

Professor M.Ə.Rəsulzadəylə bağlı qarşıda görüləsi işlərin də olduğunu bildirib:

“Birinci növbədə M.Ə.Rəsulzadənin irsinin mükəmməl bir şəkildə akademik nəşri çap olunmalıdır. Düzdü, bizim Şirməmməd müəllim  (Şirməmməd Hüseynov) onun əsərlərinin beş cildini hazırlayırdı, digər alimlər bəzi işləri görüblər. Amma ümumiyyətlə əsərlərinin ümumi küliyyatı sistemli şəkildə təqdim olunmayıb. Ona görə də bu istiqamətdə işlər görülməlidir. M.Ə.Rəsulzadənin ayrı-ayrı sahələrdə, xüsusən də dövlət, dövlətçilik istiqamətində, demokratiya ənənələri ilə bağlı irsi ayrıca öyrənilməli və təbliğ olunmalıdır. Onun hər bir əsəri sanki bu günümüz üçün yazılıb. Onun Qafqaz geopolotikasıyla, Ukrayna-Rusiya münasibətləri, Avropada demokratiyanın taleyi, insan azadlığı ilə bağlı fikirləri bu gün üçün də çox aktualdır. Hesab edirəm ki, biz M.Ə.Rəsulzadənin demokratik, dövlətçilik irsini öyrənmək və onu indiki Avropa dəyərləri kondeksində təbliğ etməliyik. Yəni bunlar hamısı çox ciddi vəzifələrdir və bunun üçün sistemli iş aparılmalıdır”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri