Icma.az
close
up
RU
Revanşizm qatarı çoxdan gedib AÇIQLAMA

Revanşizm qatarı çoxdan gedib AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son 6 ildə şahidi olduq ki, erməni revanşizminin hər məğlubiyyətindən sonra meydana məhz hədə dilində danışan yeni insanlar çıxır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, dünən bunlar Qarabağ separatizminin “səhra komandirləri” idisə, daha sonra “Qarabağ klanı”nın nümayəndələri oldular, bu gün onun adı rusiyalı oliqarx Samvel Karapetyandır:

“Lakin son onilliklərin tarixi artıq bu hədələrə tam və qəti cavab verib. Demək olar ki, 100 il ərzində erməni radikalları öz ideologiyalarını cəzasızlıq hissi üzərində qurmuşdular. Onlar “Bakıda çay içəcəklərini” bəyan edir, Azərbaycan ərazilərinin yeni işğallarını vəd edir, işğalın əbədiliyi ideyasını dünyaya qəbul etdirməyə çalışırdılar. Lakin reallıq tamamilə fərqli oldu. Azərbaycan Prezidenti İlham Əliyev nəinki ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də Cənubi Qafqazdakı hərbi-siyasi balansı tamamilə dəyişdi. 2020-ci ilin payızında erməni işğalçı sisteminin “yenilməzliyi” haqqındakı mifologiya darmadağın edildi. 2023-cü ildə isə Azərbaycan Qarabağdakı separatçı rejimə tamamilə son qoydu. Separatçı rejimin bəzi keçmiş liderləri hazırda Azərbaycan həbsxanalarındadır”.

Məmmədov vurğulayıb ki, Karapetyan qatarın artıq getdiyini və heç nəyin 1990-cı illərdəki kimi olmayacağını çox gözəl bilir. Dediyinə görə, buna baxmayaraq, yalan danışmağa davam edir:

“Kapitalını Rusiyada qazanmış bir şəxs öz əlaqələri vasitəsilə Azərbaycana problemlər yaradacağını vəd edərək, qəfildən özünü Ermənistanın yeni “xilaskarı” kimi təqdim etməyə çalışır. Lakin sadə bir sual yaranır, əgər əvvəlki aqressiv strategiya Ermənistanı ağır geosiyasi məğlubiyyətə uğratdısa, erməni cəmiyyəti niyə yenidən eyni yanaşmalara inanmalıdır? Samvel Karapetyan və Robert Köçəryan faktiki olaraq Ermənistana qarşıdurma və təhlükəli illüziyalar dövrünə qayıtmağı təklif edirlər. Bu, məhz həmin siyasətdir ki, artıq ölkəni təcridə, iqtisadi itkilərə və dərin daxili böhrana sürükləyib. Erməni siyasi elitasının bir hissəsi səhvləri təhlil etmək əvəzinə, yenidən hədə və revanşizm dili ilə danışmağa cəhd göstərir”.

Zaur Məmmədov: Cənubi Qafqazın bugükü reallığını Azərbaycanın yeni regional gücü müəyyən edir

Z.Məmmədov əlavə edib ki, region artıq dəyişib. Həmsöhbətimiz bildirib ki, bu gün Cənubi Qafqaz işğal və separatizm ətrafında deyil, yeni nəqliyyat marşrutları, energetika, iqtisadiyyat və regional sabitlik məsələləri ətrafında formalaşır. Azərbaycan regionun əsas geosiyasi oyunçusuna çevrilib, beynəlxalq mövqelərini möhkəmləndirib və öz milli maraqlarını şüarlarla deyil, real dövlət gücü ilə qorumağa qadir olduğunu sübut edib.

“Son illərin əsas dərsi ondan ibarətdir ki, Azərbaycana qarşı nifrət və ərazi iddiaları siyasəti tarixi məğlubiyyətə uğradı. Ermənistanın radikal elitaları bunu nə qədər tez anlasalar, Ermənistanın daimi siyasi revanşizm vəziyyətindən çıxmaq şansı bir o qədər çox olar. Cənubi Qafqazın bugünkü reallığını Azərbaycanın yeni regional gücü müəyyən edir”, - deyə Zaur Məmmədov əlavə edib.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri