Icma.az
close
up
RU
ABŞ Ukraynaya raketləri vermək istəsəydi, çoxdan verərdi Polkovnikdən AÇIQLAMA

ABŞ Ukraynaya raketləri vermək istəsəydi, çoxdan verərdi Polkovnikdən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna ilə ABŞ arasında "Tomahawk" tipli uzaqmənzilli raketlərin alınması ilə bağlı danışıqlar hələ də yekunlaşmayıb.

Bəs ABŞ həmin raketləri Ukraynaya verməkdə niyə bu qədər gecikir?

Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ukrayna ilə ABŞ arasında "Tomahawk" tipli uzaq mənzilli raketlərin alınması ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək:

"Amerika Prezidenti Donald Trampın son açıqlamaları onu göstərir ki, o, Rusiyadan çəkinərək bu "Tomahawk" tipli uzaq mənzilli raketləri Ukraynaya vermək fikrində deyil. O sadəcə olaraq hər iki tərəflə bir növ oyun oynayır: həm Ukraynanı özündən asılı vəziyyətdə saxlayır, həm də Rusiyanı qorxu altında saxlayır ki, onun müəyyən şərtlərini qəbul etsin. Əlbəttə ki, bu gün raketlərindən əlavə Ukrayna özünün istehsalı olan, o cümlədən Avropadan əldə etdiyi raketlər vasitəsilə Rusiyanın hərbi sənaye kompleksinə ağır zərbələr vurur. Rusiya da bunun fərqindədir. Ona görə də "Tomahawk" tipli uzaq mənzilli raketlər Amerikaya müəyyən manevr imkanları verir".

Polkovnikin fikrincə, ABŞ raketləri vermək istəsəydi, çoxdan verərdi. O, hesab edir ki, "Tomahawk" raketləri müharibənin taleyində nəyisə dəyişməyəcək, amma qorxu içində olan Rusiya rəhbərliyini müəyyən yumşalmalara sövq edə bilər.

"Bu gün Pokrovsk uğrunda hansı mübarizə gedir? Tutaq ki, Pokrovskı aldılar. Sonra? Biz yaxşı xatırlayırıq ki, Avdeyevka uğrunda gecə-gündüz döyüşlər gedirdi. Ukraynanın elə şəhərləri var ki, onların uğrunda bir il Rusiya ordusu hər gün yüzlərlə, minlərlə əsgər itirərək mübarizə aparıb. Nəticəsi? Kiyev alınmışdı? Ukraynanı nəyəsə məcbur edə bildilər? Ona görə də "Tomahawk" tipli uzaq mənzilli raketləri ABŞ Ukraynaya vermirsə, bu o demək deyil ki, Ukrayna artıq əlacsız qalıb. Ukraynanın mütəxəssisləri kifayət qədər çalışırlar və praktiki işlər görürlər, ruslar isə boş-boş danışıqlar aparırlar. ABŞ bu məsələdə müəyyən manevrlər də edir - dünən də edib, bu gün də edir, sabah da edəcək", - deyə Üzeyir Cəfərov vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri