Icma.az
close
up
RU
Revmatizma xəstələri oruc tutarkən nələrə diqqət etməlidir?

Revmatizma xəstələri oruc tutarkən nələrə diqqət etməlidir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Daxili xəstəliklər və romatologiya üzrə türk mütəxəssis, professor Dr. Mehmet Soy iltihablı revmatizmal xəstəlikləri olan şəxslərin oruc tutarkən ehtiyatlı olmalarının vacib olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, uzun müddət aclığın sağlamlıq üçün bəzi müsbət təsirləri olduğu elmi araşdırmalarla sübut edilib. Prof. Dr. Soy bu barədə belə deyib:

"Oruc çəki itkisindən tutmuş, insulinin həssaslığının artmasına, xolesterol və qan təzyiqinin azalmasına qədər bir sıra faydalar təmin edə bilər. Həmçinin, bəzi nevrodejenerativ xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər. Son araşdırmalar orucun romatoid artrit, psoriaz (sədəf) romatizması kimi xəstəliklərdə müsbət təsirlər göstərə biləcəyini sübut edib".

Revmatizmal xəstəliklər yalnız oynaq və əzələləri deyil, eyni zamanda ağciyər, böyrək, dəri, göz və sinir sistemi kimi digər orqanları da təsir edə bilər. İltihablı romatizmalarda immun sistemi həddindən artıq aktivləşir və bu, orqanlara zərər verə bilər.

Uzun müddətli aclıq və immun sistemin reaksiyası

Prof. Dr. Soy orucun immun sistemə təsir edərək iltihab səviyyələrini azalda biləcəyini vurğulayıb:

"Uzun müddət aclığın immun sistemə təsiri var və iltihab mexanizmlərini tənzimləyərək iltihab səviyyəsini aşağı sala bilər. Romatoid artrit kimi iltihablı revmatizmalarda oruc tutmaq 3-4 aya qədər davam edə bilən müvəqqəti rahatlama verə bilər. Oruç zamanı iltihab göstəricilərində və oksidativ stress səviyyəsində azalma müşahidə edilə bilər".

Revmatizma xəstələri  oruc tutarkən hansı tədbirləri görməlidir?


1. Dərman saatlarını iftar və sahura uyğunlaşdırın

Revmatizma xəstəliklərdə müntəzəm dərman qəbulu vacibdir. Dərman saatlarını dəyişdirmədən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

* Axşam qəbul edilən dərmanlar iftarda içilə bilər.

* Səhər dərmanları sahur vaxtına uyğunlaşdırıla bilər.

* Günorta qəbul edilən dərmanlar, həkim məsləhəti ilə iftara və ya sahura keçirilə bilər.

2. Kifayət qədər maye qəbul edin

Oruclu olarkən kifayət qədər su içmək çox vacibdir. Su çatışmazlığı oynaqlarda ağrıları artıra bilər. Buna görə iftar və sahur arasında ən azı 8-10 stəkan su içilməlidir.

3. Sağlam qidalanmaya diqqət edin

Revmatizma xəstələri üçün balanslı qidalanma mühüm rol oynayır. Xüsusilə antiinflamatuar (iltihab azaldan) qidalar tövsiyə edilir:

* Tərəvəz və meyvələr (xüsusilə A, C, E vitamini ilə zəngin olanlar)

* Tünd yaşıl yarpaqlı tərəvəzlər (brokoli, cəfəri, roka)

* Omega-3 mənbələri (balıq, çia toxumu, qoz)

* Doymamış yağlar (zeytun yağı, kətan toxumu)

* Ədviyyatlar (zerdeçal, zəncəfil, darçın, acı bibər)

* Qırmızı ət istehlakı azaldılmalı, şəkər və işlənmiş qidalar məhdudlaşdırılmalıdır.

4. Fiziki aktivlikdən imtina etməyin

Revmatizma xəstələri üçün müntəzəm yüngül idman tövsiyə edilir. Ramazan ayında da gündə yarım saat düz yolda gəzinti və evdə yüngül məşqlər faydalıdır.

5. Digər sağlamlıq problemlərini nəzərə alın

Əgər revmatizma ilə yanaşı ürək xəstəliyi, şəkər xəstəliyi və ya digər xroniki problemlər varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Revmatizma xəstəlikləri olan bəzi insanlar üçün oruc faydalı ola bilər. Ancaq dərman qəbulu, maye istehlakı və qidalanma kimi əsas məsələlərə diqqət etmək vacibdir. Xüsusilə həkim məsləhəti olmadan oruca başlamaq tövsiyə edilmir. Sağlam bir Ramazan keçirmək üçün mütəmadi həkim nəzarətində olmaq və balanslı qidalanmağa diqqət etmək vacibdir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Mart 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri