Icma.az
close
up
RU
Reyçel de Souza: Britaniyada uşaqlar “Dikkensin dilənçiləri” kökündə yaşayır

Reyçel de Souza: Britaniyada uşaqlar “Dikkensin dilənçiləri” kökündə yaşayır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

Böyük Britaniyada məhrumiyyətin normal hala çevrildiyi şəraitdə uşaqlar “Dikkensin dilənçiləri” kökündə yaşayırlar.

AZƏRTAC Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə iki uşağa verilən müavinətin ölçüsünə qoyulan məhdudiyyətin ləğvində israrlı olan uşaq hüquqları üzrə müvəkkil Reyçel de Souza bildirib.

Duş qəbul etməyə su tapmadıqlarını, siçovulların divarları gəmirdiyini, yataq otaqlarını kif basdığını deyən gənclər ölkəni bürümüş “məhrumiyyət böhranı” ilə bağlı hesabatdan bir neçə nümunədir.

Reyçel de Souza qeyd edib ki, o, dörd il əvvəl - uşaq hüquqları müvəkkili olduqdan sonra gənclərin həyatına dair ritorikada əhəmiyyətli bir dəyişik müşahidə edib və ənənəvi olaraq, böyüklərin problemi hesab edilən məsələlər indi uşaqlar tərəfindən kəskin şəkildə hiss olunur”.

Müvəkkil vurğulayıb: “Bəzi uşaqlar demək olar ki, Dikkensin dilənçiləri səviyyəsinə çatan və ürək ağrıdan məhrumiyyət hekayələrini paylaşır. Onlar “yoxsulluq” haqqında mücərrəd bir anlayış kimi danışmırlar, lakin insanların çoxu üçün zəruri hesab edilən həyat şəraitinə malik olmadıqlarından bəhs edirlər. Bu azyaşlılar kateqoriyası çirk və siçovullardan təmizlənmiş təhlükəsiz ev, uzanmaq üçün kifayət qədər böyük çarpayı, donuz əti kimi “lüks” yeməklər, ev tapşırığı etmək üçün yer, istilik, vanna otağında uyğun şərait və dostları ilə saatlarla məktəbdə olmağı arzulayır”.

Hesabatda deyilir ki, belə bir vəziyyət uşaqların bu qeyri-adekvat şəraiti nə dərəcədə normal qəbul etmələri və ya hüquqlara malik olduqları ilə bağlı narahatlıq doğuracaq səviyyədə cüzi ümidlərə sahib olması ilə əlaqədardır. Müvəkkil deyib ki, dünyanın ən zəngin cəmiyyətlərindən birində hakimiyyətdə olanlar uşaqların gələcəyinin onların maddi vəziyyəti ilə əlaqəli olduğunu bilərək belə ağır mənzərəyə görə utanmalıdırlar. Son rəqəmlərə görə, 2024-cü ildə Böyük Britaniyada rekord həddə - 4,5 milyon uşaq yoxsulluq içində yaşayıb. Leyboristlər Partiyasının uşaq yoxsulluğu ilə mübarizə üzrə əsas strategiyası ən azı payıza qədər təxirə salınıb.

Bazar günü Britaniyanın təhsil naziri bildirib ki, hökumətin rifah dəyişiklikləri ilə bağlı son reveransı bu siyasətin həyata keçirilməsini çətinləşdirəcək və onun strategiyaya daxil edilməyəcəyi ilə bağlı qorxuları artıracaq.

2017-ci ilin aprelində Mühafizəkarlar Partiyası dövründə qüvvəyə minən qanun əksər ailələrə uşaq krediti və universal müavinətləri ilk iki uşaqla məhdudlaşdırır. Uşaq Yoxsulluğu Fəaliyyət Qrupu hesab edir ki, bu hədd hər gün 109 uşağı yoxsulluğa sövq edir.

Fiskal Tədqiqatlar İnstitutu hesab edir ki, belə bir siyasətə son qoymaq hökumətə ildə təxminən 3,4 milyard funt-sterlinqə başa gələcək və 500 min uşağı nisbi yoxsulluqdan qurtaracaq.

De Souza, həmçinin bahalaşan qiymətlərlə ayaqlaşmaq üçün hökuməti uşaq müavinətlərinin verilməsinə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri