Icma.az
close
up
RU
Reydlər, cərimələr... Küçə ticarətinin həlli bu ola bilər

Reydlər, cərimələr... Küçə ticarətinin həlli bu ola bilər

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Küçə ticarətinin qarşısının alınması ilə bağlı keçirilən reydlərə baxmayaraq, bu sahədə problem hələ də qalmaqdadır. Ekspertlər hesab edirlər ki, küçə ticarətini tamamilə aradan qaldırmaq əvəzinə, onu qanuni və nəzarət olunan formada tənzimləmək daha məqsədəuyğundur. Məsələnin necə tənzimlənə biləcəyi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

Mövzu ilə bağlı "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, nə qədər reydlər keçirilsə də, praktikada küçə ticarətini sıradan çıxarmaq heç bir ölkədə mümkün olmayıb. O qeyd edib ki, bütün dünya dövlətlərində iri şəhərlərdə küçə ticarəti insanların toplaşdığı, piyadaların istifadə etdiyi yerlərdə mövcuddur:

"Küçə ticarətinin tənzimlənməsi üçün mövcud reydlərin və monitorinqlərin daha sıx keçirilməsi, cərimələrin artırılması ilə yanaşı, müəyyən preventiv tədbirlərin də görülməsi zəruridir.

Beynəlxalq təcrübədə belədir ki, müəyyən ərazilər küçə ticarəti ilə məşğul olan şəxslər üçün ayrılır. Vətəndaşlar da bilir ki, həmin ərazilərdə məhz küçə ticarəti ilə məşğul olan insanların təklif etdiyi məhsullar satılır. Bu zaman çox vaxt kustar üsulla istehsal olunmuş müxtəlif vasitələr və yaxud ev şəraitində hazırlanmış məhsullar əsas rol oynayır. Həmin bazarın seçimində vətəndaşlara sərbəstlik verilir. Amma təbii ki, nəqliyyat əhəmiyyəti olan, insanların sıx istifadə etdiyi piyada keçidləri və digər bu kimi yerlərdə küçə ticarətinin olmaması həm turizmin inkişafı, həm də qeyri-rəsmi, şəffaf olmayan ticarət fəaliyyətinin aradan qaldırılması baxımından vacib məsələlərdəndir.

Müəyyən olunmuş ərazilərdə küçə ticarətinin nizamlı qaydada aparılması onların həm vergiyə cəlb olunmasına, həm də daha aşağı ödəniş etməklə öz satışlarını həyata keçirməsinə imkan yaradır.

Bir çox hallarda küçə ticarətinin qarşısının alınması üçün həmin şəxslərə müvafiq yerlər də təşkil olunur. Lakin həmin yerlər gəlirlilik baxımından küçə ticarətindən əldə olunan gəlirə adekvat olmadığı üçün vətəndaşlar qısa müddətdə həmin yerlərdən imtina edir və yenidən küçə ticarətinə qayıdırlar. Ona görə mən düşünürəm ki, hər hansı problemin görüntüsünü yox, onun səbəblərini müəyyən etməklə onu aradan qaldırmağa ehtiyac var.

Bayaq qeyd etdiyim kimi, beynəlxalq təcrübədə icazəli zonalar modeli var. Yaxud şəhər qanunvericiliyi ilə şəhərdə vətəndaşlara və sakinlərə mane olmamaq, onların piyada hərəkətinə, eyni zamanda avtomobillərin gedişinə problem yaratmamaq şərtilə küçə ticarəti tənzimlənir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri