Icma.az
close
up
RU
Reyslərin ləğvi ən doğru qərardır: AZALın sabiq prezidenti “Şərq”ə danışdı

Reyslərin ləğvi ən doğru qərardır: AZALın sabiq prezidenti “Şərq”ə danışdı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv etdi. AZAL-ın bununla bağlı məlumatında bildirilirdi ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanmasıyla əlaqədar qəbul edilib. Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. 

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq. Bundan əvvəlsə - 2024-cü il dekabrın 28-dən eitbarən AZAL Rusiyanın daha 3 şəhəinə - Saratov, Nijni Novqoroq və Vladiqafqaza uçuşları və 5 hava limanına reysləri dayandırıb. bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib. Beləliklə, ötən ilin dekabrın 28-dn etibarən Bakıdan Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samara şəhərlərinə uçuşlar dayandıırlıb. Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar isə 2024-cü il dekabrın 25-də verilib. AZAL-ın məlumatında qeyd edilir ki, təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək. Eyni zamanda Rusiyanın "IrAero", "Ural Airlines" və "UTair" aviaşirkətləri də Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana reysləri ləğv edib. Rusiya KİV-lərinin məlumatına görə, "UTair" Ufa və Samaradan Bakıya uçuşları ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Reyslər hələ də bronlaşdırma sistemində qalır, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil. Amma "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri saxlanılır. "IrAero" isə Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri cədvəldən çıxarıb. Bu reyslərə biletlər bronlaşdırma sistemindən tamamilə silinib. Qeyd edilir ki, Azərbaycandan Rusiyanın ümumilikdə 10 şəhərinə (Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratov) uçuşlar dayandırılıb. 


Mövcud vəziyyəti “Şərq”ə şərh edən AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirdi ki, reyslərin dayandırılması doğru qərardır: 

- Hazırkı durumda, yəni Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir halda Rusiya ərazisinin yarısı konflikt zonası sayılır və hava məkanı da təhlükə altındadır. Rusiya Ukrayna tərəfdən göndərilən PUA-ları vurmağa çalışır.  Həştərxan-Moskva, Kazan-Ufa istiqamətləri daim atəş altındadır. Bizim uçuş xəttləri də bu uçuş zolaqları ilə kəsişir. Ona görə də təhlükə realdır və heç kim, heç bir dövlət təminat verə bilməz ki hava məkanı təhlükəsizdir, təyyarələrə kənar müdaxilə olmayacaq, atəş altına düşəməyəcəklər, qəzalar baş verməyəcək. Sərnişinlərin, sərnişin təyyarələrinin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınmalıdır, buna görə də konflikt zonaları üzəri ilə həyat keçirilməli olacaq reyslərin ləğv edilməsi hazırkı situasiyada ən doğru qərardır. Beynəlxalq  Mülki Aviasiya qanunlarına görə də sərnişin təyyarələri münaqişə zonalarının hava məkanına daxil olmamalıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri