Icma.az
close
up
RU
“Evimizdə televizor yoxdur” Sehranın anası “Şərq”ə danışdı

“Evimizdə televizor yoxdur” Sehranın anası “Şərq”ə danışdı

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“İndiyədək heç bir telekanaldan, heç bir verilişdən ödəniş olmayıb, biz də istəməmişik”

“Əlbəttə, Şuşada yaşamaq, işləmək istəyirik. Qarşıdakı illərdə yəqin qəti qərara gələcəyik”

“Ata, sən məni sevirsən, yoxsa ananı?..”  Sualı verib, gözlədiyi cavabı alanda oynaq baxışlarını anasına tərəf çevirib “gördün?.. məni sevir”, dediyi videosu ilə sanki bir anda ölkədə məşhurlaşan 3 yaşlı Sehra hamının sevimlisinə çevrilib. Hazırda instaqram səhifəsində 80 min, tiktokda 103 min təqibçisi var. İzlənmə, baxış sayı isə hər iki platformada 20 milyonu aşır. İndi çoxlarını maraqlandıran budur; 3 yaşlı uşaq necə olur ki, bu qədər bəyənmə, izlənmə, baxış toplaya bilir, efirlərdən dəvətlər ard-arda gəlir? Bizcə, səbəb sadədir; Məsumluq! Səmimiyyət! Mehribanlıq! Şirinlik! Düz danışmaq. 

Riyadan uzaq olmaq. Günümüzdə bu keyfiyyətləri uşaqlardan savayı kimdə axtara bilərik ki?!.  Zəmanəmizdə səmimiyyət, məsumluq, mehribanlıq, həqiqəti söyləmək çıraqla gəzilən oldu. Yalnız körpələr, uşaqlar böyüklərin nəfsləri ilə kirləndirdiyi dünyamıza işıq, nur paylayır. Kiçikdir özləri. Bəxş etdikləri sevinc, səadət dünya boyda! Öz dünyası necədir, Sehra balamızın? Yalnız atasının şeirlərini söyləməkdən, rəqs etməkdən ibarətdimi? 

Sehranın anası Günel xanımla həmsöhbət olduq. Məlum oldu ki, İsmayılovlar ziyalı ailəsidir. Sehranın atası Mübariz müəllim həqiqətən də, müəllimdir – Azərbaycan dili və ədəbiyyatı üzrə. Günel xanım da həmçinin. Hər ikisi Azərbaycan Dövlət Dillər Universitetinin filologiya fakültəsini bitirib. Mübariz müəllim peşəsi üzrə işləyir, Günel xanım isə övladları kiçik yaşlıdır deyə, hələ ki yalnız analıq vəzifəsindədir. 


– Günel xanım, Sehranın videosu necə ortaya çıxdı, necə oldu ki, bu qədər məşhurlaşdı? 


- Açığı, Mübariz müəllimin sosial media ilə əlaqəsi yoxdur. Həvəsi də yoxdur. Mən onu razı salmağa çalışdım, övladlarımızın gələcəyi üçün faydalı olacaq deyə, o da razılaşdı. Əvvəlcə instaqram səhifəsi açdıq, mən ora fotolar yerləşdirdim. Paylaşımlar etməyə başladım. “Önə çıxar”malar etdim. İlk videomuz Sehra və oğlum Oğuzxanın atalarıyla toy mərasimindəki rəqsləri oldu. Tiktokda paylaşmışdım bu videonu. Gördüm ki, video bəyənildi. “Ata, məni sevirsən, yoxsa ananı” sonrakı videodur. Bu video paylaşılandan 2-3 saat keçmişdi, Mübariz müəllim zəng etdi ki, bəs, bəyənmələr, yorumlar dayanmır. 7-8 saniyəlik videodur. 2-3 saat ərzində baxış sayı 5-6 milyon oldu. Hazırda 20 milyon baxış sayı var. Getdikcə səhifəmiz böyüdü, təqibçilər artdı, 3 gün sonra ARB telekanalından Zaur Kamal efirə dəvət etdi. O verilişdə uşaq rubrikası var deyə, razılaşdıq... 


- Yəni dəvətləri seçirsiniz, hara gedilsin, hara yox... 


- Bilirsiniz, bizim məqsədimiz istər Sehra, istərsə də Oğuzxan olsun, onların məşhurlaşması, efirlərə ayaq açmaları deyil. Dediyim kimi, həyat yoldaşım sosial media həvəskarı, tiktok həvəskarı deyil, mən də həmçinin. Biz sosial platformalara məşhurluq, qazanc mənbəyi kimi baxmırıq, sosial platformalardan övladlarımızın gələcəyi üçün istifadə etməyə çalışırıq. Mənin arzum budur ki, qızım Sehra həkim, oğlum Oğuzxan pilot olsun. Onlar böyüyüb mükəmməl peşə sahibi olduqda, bu gün adlarına açılmış səhifələr hesabına tanınsınlar. Çünki həyat bunu diktə edir artıq. Sosial platformalarda təqdimatlar böyük önəm daşıyır və mütəxəssislərin tanınması üçün bu müstəvilər geniş imkanlar yaradır. Bu gün Sehranın adına açılmış instaqram səhifəsində sabah, birisigün o, özünü təqdim etmək, çalışacağı sferada tanıtmaq üçün istifadə edə biləcək. Qoy indidən övladlarımız tanınsın ki, sabah hansı ixtisasa yönəlsələr, özlərini təqdim edib, tanıda bilsinlər. Gələcəkləri üçün yatırımları olsun. Sehranın atası da buna görə razılaşdı paylaşımlar etməyimə. 


- Başqa hansı efirlərdə qonaq olub Sehra? 

- “Xəzər” televiziyasında Vüsalə xanım “İncə səhər” verilişinə dəvət edib bir neçə dəfə. Tarzən xanım Humay Qədirova, həm də ifaçılıqla məşğuldur, mahnısına çəkilən klipdə Sehranı da görmək istədi. O klipdə çəkildi Sehra. Studiyada aparıldı çəkiliş... Verilişdə də mahnının təqdimatı idi, Vüsalə xanım bizi də dəvət etdi. 


- Sirr deyilsə, klipə, paylaşımlara görə ödəniş nə qədər olur, ümumiyyətlə, ödəniş edilirmi, sizə?


- Xeyr, xeyr... Qətiyyən. İndiyədək heç bir telekanaldan, heç bir verilişdən ödəniş olmayıb, biz də istəməmişik. Sehranın adına bank hesabı açmışıq, amma hesaba gələn məbləğlər yalnız sosial platformalardakı paylaşımlar və reklamlardandır. Çalışırıq, Sehranı yormayaq, tez-tez efirlərə çıxmasın, onda aludəçilik yaranmasın. Sehranın hər hansı videosu paylaşılırsa, hansısa proqrama qonaq olursa, bu, bizim üçün nüfuz məsələsidir. Bizi məbləğ, qazanc düşündürmür. Şükür Allaha, maddi ehtiyacımız yoxdur. Sehranın adına açılmış hesaba toplanan məbləğ də, inşallah ki, təhsilinə xərclənəcək. Bizim üçün övladlarımızın mükəmməl təhsil alması əsasdır. 


- Günel xanım, Sehranın söylədiyi şeirlər də uşaq şeirləri deyil. Bu da izləyiciləri heyrətləndirir...

- İnanın ki, biz Sehraya şeir əzbərlətmirik. Onu qarşımıza alıb “bunu əzbərlə, bu şeiri söylə, bu mahnını oxu”, deməmişik indiyədək. Sehra hansı şeiri söyləyirsə, bilin ki, özü seçdiyi, bəyəndiyi şeirdi. Xoşuna gəlib deyə, məhz o şeirləri əzbərləyir, söyləyir. Həm də şeirləri eşidərək, qulaq asaraq əzbərləyir. Atası, ya da mən şeiri səsləndiririk, bəzən təsadüfən, məsələn, yol gedirik avtomobillə, atası bir şeir söyləyir, Sehranın xoşuna gəlirsə, bəyənirsə, onu yadında saxlayır, yaddaşının hesabına şeiri öyrənir. Bizim tədris metodumuz budur ki, uşaq bəyəndiyini oxusun, öyrənsin, qavrasın. Əgər uşaq oxuduğunu qavramırsa, bəyənmədən nəyisə məcburən öyrənir, əzbərləyirsə, bir neçə gündən, bir müddət sonra unudacaq, yadından çıxacaq. Amma sevərək oxuduqda, qavrayaraq öyrəndikdə yaddaşda möhkəm qalır. Sehra mahnıları da belə seçir. Klassik mahnılar səslənirsə, bəyəndikdə gəlib soruşur ki, bu nə mahnıdır, kim ifa edir? Bilirik ki, deməli, xoşuna gəlib, öyrənəcək o mahnını. Çalışırıq, göz təması az olsun. Evimizdə televizor yoxdur. Daha doğrusu, televizorumuz var, amma qayınatamgilə aparıb qoymuşuq. Lazım olanda mobil telefondan istifadə edirik uşaqlar üçün. 


- Təəccüblüdür, niyə mobil telefon, halbuki məhz telefonların zərərindən daha çox danışılır.


- Uşaqlar daim telefondan istifadə etmir. 10 dəqiqə izlədirik hansısa cizgi filmini. Daha çox oyuncaqlarla vaxtlarını keçirirlər. Televizordan ona görə imtina etməmişik ki, o, daha çox zərərlidir, xeyr. Sadəcə, telefona daha yaxşı nəzarət edə bilirəm. Müəyyən vaxtda veririk uşaqlara, nəyə baxa bilərlər, özümüz təyin edirik, seçirik.     


- Oğuzxanda da hiss edirsizmi, görünürmü istedad? 

- Oğlum hələ kiçikdi, amma səslənən şeirlərdən müəyyən misraları o da təkrarlayır. Dilinə yatanı deyir. Sehra da belədir. Hansı şeir dilinə yatırsa, onu öyrənir.  


- Maşallah, şeirlər də sanballıdı... 

- Məqsədimiz həm də Mübariz müəllimin şeirlərinin tanıdılmasıdır.


- İndiyədək nəşr olunmayıb şeirləri, kitab halında çıxmayıb?

- Xeyr. Mübariz müəllim gənc yaşlarından şeir yazır...


- Siz ali məktəbdə oxuyarkən tanış olmusunuz?


- Mübariz müəllim məndən 2 kurs yuxarı oxuyub. Bir yaş fərqimiz var. Onun ailəsi əslən Şuşadandı. Qayınatamgil artıq köçüblər Şuşaya. 

- Bəs siz? Köçmək fikriniz varmı?


- Əlbəttə. Orada yaşamaq, işləmək istəyirik. Kim istəməz ki, Şuşada yaşasın?!. Qarşıdakı illərdə yəqin qəti qərara gələcəyik. Övladlarımız böyüsün, bəlkə təhsillərinə elə Şuşadan başladılar... 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri