Icma.az
close
up
RU
“Azərbaycanın qutabını çox sevirəm” Çinli tələbə “Şərq”ə danışdı

“Azərbaycanın qutabını çox sevirəm” Çinli tələbə “Şərq”ə danışdı

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bakının gözəlliyinə, təmizliyinə və parklarına heyran olumuşam”


 Azərbaycanla Çin arasında əlaqələr hər gün daha da inkişaf edir. Başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan və Çin arasında əməkdaşlıq mövcuddur. 

Elə bu mövzu ilə bağlı bugünkü müsahibimiz ölkəmizdə təhsil alan çinli tələbə Zhang Zhuolin oldu.


Zhuolin Çinin Louyang şəhərindəndir. O , Bakı Dövlət Universitetinin  Beynəlxalq Jurnalistika ixtisasında magistr pilləsi üzrə təhsil alır.


- Zhuolin, bizə öz vətənini təqdim edə bilərsən?


-Bəli, mən Zhuolin,Çinin Louyang şəhərindənəm. Bu şəhər Çinin 5000 illik tarixini saxlayan  13-cü sülalənin  paytaxtıdır. Çində Ümumdünya İrs Siyahısına  salınan Lumen mağaraları , Buddizm dini yayıldıqdan sonra ilk qədim  buddist  məbədi olan Bayma məbədi mənim doğma şəhərimdə yerləşir.


- Bəs ilk dəfə Bakıya nə vaxt və necə gəldin?

-2022-ci ildə dövlət təqaüdçüsü olaraq Azərbaycana gəldim və burada Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika üzrə magistr pilləsinə qəbul oldum.


-Bakı ilə bağlı təəssüratlarınız necədir? Bu şəhəri sevirsinizmi? Bakıdan başqa Azərbaycanın hansı yerlərində olmusunuz?

-Mənim bu şəhərlə bağlı ilk təəssüratımı, bu şəhərin gözəlliyi və təmizliyi, şəhərdə çox böyük və kiçik parkları, boş vaxtlarımda burada gəzmək yaradıb. Bakıdan başqa qrup yoldaşlarımla  Qusara, Qəbələyə  və Şəkiyə də getmişəm. Qış zamanı ağ örpəklə örtülmüş, yayda isə yaşıllığla və çiçəklərə döşənmiş Qafqaz sıra dağlarında olmuşam. Bura çox gözəldir.


-Bəs Azərbaycan mətbəxi necədir? Yəqin ki, mətbəximizin təamlarını dadmısınız, yeməklərimizi bəyənirsiniz?

- Qaxda rəfiqələrimlə olarkən, çox dadlı qutab yediyimi xatırlayıram. Eləcə də, bulaq suyu çox əvəzsiz idi. Həqiqətən də, qutabı çox bəyənmişdim.


-Bəs təhsil həyatınız necədir? Hər hansı bir yerdə işləyirsinizmi?


-Mən indi magistr 2-ci kursda təhsil alıram və "Trend News Agency"-də təcrübəyə  gedirəm. Bu praktikada çox təcrübə qazanır, eləcə də gələcək peşəmi seçməyi öyrənirəm.


-Çin və Azərbaycanın çoxtərəfli əməkdaşlığınl necə qiymətləndirirsiniz?

-Mən çox şadam ki, Azərbaycan və Çin çoxtərəfli əməkdaşlığa başlayıb. Mən tezliklə evə qayıtmaq istəyirəm, lakin tətil gəldikdə belə düşünmürəm . Ümid edirəm ki, Azərbaycanda taleyim bununla məhdudlaşmır və nə vaxtsa yenidəm qarşılaşacağıq.


Fidan Fərhadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri