Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Reytinq, yoxsa gözü götürməzlik?

Reytinq, yoxsa gözü götürməzlik?

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya universitetlərinin reytinqində eyni xal toplayan iki universitetimizdən,  BDU və Xəzər Universiteti arasında ayrı seçkilik edib, BDU-nu  “ölkədə ən yüksək nəticə qazanan” kimi təqdim etmək,yumşaq desək haqsızlıqdır…

Bugünlərdə  Dünya Universitetlərinin 2025-ci il üzrə reytinq cədvəli açıqlanıb. Mətbuatdan məlum olur ki, Azərbaycan reytinq cədvəlində ötən il 17 universitetlə təmsil olunurdusa, bu il həmin rəqəm 25-dir. Mütəxəssislərin bildirdiyinə görə bu, bu çox yaxşı göstəricidir.  Bəs bu reytinq cədvəlində universitetlərimiz neçənçı sıralarda qərarlaşıblar?

“Times Higher Education” (THE) tərəfindən “İmpact Ranking 2025” nəticələri belə  açıqlayıb.

Onu da qeyd edək ki, bu ilki siyahıya, ilk dəfə düşən universitetlər də var. Onlar siyahıda aşağıdakı kimi sıralanıblar:  Bakı Ali Neft Məktəbi (801–1000), Azərbaycan Dövlət Aqrar Universiteti (1001-1500), Lənkəran Dövlət Universiteti (1001-1500).

. Bu reytinq 2526 universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) töhfəsini qiymətləndirir. Təhsil eksperti Kamran Əsədov Medianews.az -a bildirib ki, Azərbaycan bu il 25 universitetlə təmsil olunaraq, öz tarixində ən yüksək iştirak göstəricisinə nail olub. Ötən il bu rəqəm cəmi 17 idi. Bu siyahıda təmsil olunan digər universitetlər belə sıralanıb:

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU)  801-1000;

Bakı Ali Neft Məktəbi (BANM) 801-1000;

Azərbaycan Dövlət Texniki Universiteti (AZDU) 1001-1500;

ADA Universiteti (1001-1500);

Lənkəran Dövlət Universiteti (LDU) 1001-1500;

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) 1501+

Bəs bu sıralamada ən yüksək göstərici ölkəmizdəki  hansı universitetlərə məxsusdur?  401–600-cü yerlərdə  Bakı Dövlət Universiteti  və Xəzər Universiteti qərarlaşıb.Mütəxəssislərin də bildirdiyinə görə, dünyanın  2526 universiteti arasında bütün əmsallar üzrə 401-600-cü yerləri qazanmaq gözəl nəticədir. Maraqlıdır ki, həm BDU, həm də Xəzər universiteti eyni nəticə göstəriblər. Buna baxmayaraq, bəzi gözü götürməyənlər BDU-nun qazandığı yeri  ölkə üzrə ən yaxşı nəticə kimi qeyd edirlər. Bu isə açıq-aşkar Xəzər universitetinin haqqına girməkdir.

Məlumat üçün qeyd edək ki, 106 yaşı olan BDU dövlət universitetidir, Müstəqillik illərinin məhsulu olan Xəzər isə, özəl Ali məktəbdir. BDU dövlət tərəfindən hərtərəfli təmin olunsa da, Xəzər universiteti özəl olduğu üçün, bütün təminat öz üzərindədir. BDU-da 22 mindən yuxarı tələbə, 5 minə yaxın professor, müəllim heyəti, Xəzərdə isə, 5 min tələbə və təxminən 400 nəfər professor, müəllim çalışır. Reytinqə tələbə və müəllim heyətinin say çoxluğu təsir etsə də, Xəzər Universiteti bu rəqabətə davam gətirərək, bütün əmsallarda BDU ilə eyni nəticəyə nail olub. Hətta aldığım məlumata görə, bəzi əmsallarda Xəzər universiteti daha yüksək nəticə göstərib. Bütün bunları nəzərə almadan, “ölkə üzrə ən yaxşı nəticə BDU-ya məxsusdur” yazılması  haqsızlıqdır. Əgər deyilsəydi ki, ölkə üzrə ən yaxşı nəticəni dövlət universitetləri arasında BDU, özəl universitetləri arasında isə, Xəzər universiteti qazanıb, yenə dərd yarı idi. Mən bununla BDU-nun qazandığı nəticəyə əsla kölgə salmaq istəmirəm və belə bir niyyətim də yoxdur. BDU qeyd etdiyim kimi 106 yaşı olan qocaman təhsil ocağıdır və həmişə də fəxr etdiyimiz bir universitet olub. Sözüm və iradım eyni nəticə göstərən univesitetdən birini fərqləndirib, o birini aşağılayan həmkarlarımadır.

Məhz belə həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Xəzər universiteti çoxillik uğurlu fəaliyyətinin nəticəsi olaraq, Avropada sayılıb, seçilən universitetlər sırasındadır. İngilis dilində təhsil alan  bu universitetin  məzunlarının sədası, dünyanın ən nüfuzlu elm, təhsil ocaqlarından, Avropada və dünyada müxtəlif  vəzifələrdən gəlir. Bunu görməzlikdən gələrək, eyni sırada qərarlaşan iki universitetdən birini “ölkə üzrə ən yaxşı nəticə qazanan” kimi təqdim edən jurnalist, ən azından öz qələminə hörmətsizlik edir.

Xəzər universitetində tələbələrin elmi biliklərə mükəmməl yiyələnməsi üçün yaradılan ən yüksək şərait, alınan müasir avadanlıqlar öz daxili imkanları hesabınadır. Bu universitetdə day-day,tanış, pul heç bir rol oynamır. Çünki Universitetin yaradıcısı, dəyərli ziyalı, nüfuzlu elm adamı, vətənpərvər insan olan professor Hamlet İsaxanlı,universitetdə  elmə yiyələnmək üçün elə bir işıqlı yol açıb ki, daha burada qaranlıq işlərə heç bir yol qalmır. Sonra gələnlər də, bu işıqlı yolla getməyi özlərinin şərəf borcu bilirlər. Xəzər universiteti bu işıqlı yolla getdiyi üçün Avropada da tanınır və qəbul edilir.

Dəyərli həmkarlar,gəlin hərənin haqqını özünə verək ki, balalarımızın elmə yiyələnməsi yolunda əziyyət çəkənlərin əziyyətini itirib,onları ruhdan salmayaq. Sonda onu da qeyd edim ki, nə  BDU-da, nə də Xəzər universitetində, vaxtı ilə təhsil almış və ya hazırda oxuyan heç bir övladım yoxdur. Qızım vaxtı ilə başqa universitetdə təhsil alıb, oğlum isə bu gün Azərbaycan Dövlət Texniki Universitetinin məzunu oldu. Amma haqsızlıq görəndə susmaq olmur. Yeri gəlmişkən, həm BDU-nun, həm də Xəzər Universitetinin bugünlərdə məzunu olan bütün tələbələrini təbrik edirəm(Mektebgushesi.az).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 İyun 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri