Rezident əlaqələndirici: Azərbaycan BMT nin dəyərli tərəfdaşıdır
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Azərbaycan BMT-nin dəyərli tərəfdaşıdır.
SİA APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko BMT-nin yaranmasının 81-ci ildönümü və BMT Nizamnaməsinin ratifikasiyasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycanda mənim ilk BMT Günümü sizinlə birlikdə qeyd etmək xüsusi məna daşıyır. Azərbaycan çoxtərəfli diplomatiyanı və beynəlxalq əməkdaşlığı ardıcıl şəkildə təşviq edən, BMT-nin dəyərli tərəfdaşı olan ölkədir”, – Şlapaçenko vurğulayıb.
O, Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulayaraq bildirib ki, münaqişələrin, bərabərsizliyin, iqlim dəyişikliyinin və sürətli texnoloji transformasiyanın yaratdığı çağırışlar qarşısında beynəlxalq həmrəyliyə ehtiyac daha da artıb.
BMT rəsmisinin sözlərinə görə, bu çağırışların həlli üçün daha təkmil, səmərəli və inklüziv çoxtərəfli əməkdaşlıq modelinə ehtiyac var. Belə bir model daha geniş təmsilçiliyi təmin etməli və dünyanın müxtəlif bölgələrində insanların həyatını yaxşılaşdıran nəticələrə gətirib çıxarmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Oktyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















