“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 dekabr, AZƏRTAC
“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.
Həmçinin dəyişikliyə əsasən, Qaydaların 3.2-ci bəndində “bu Qaydaların əlavəsi” sözləri “müvafiq təhsil proqramları” sözləri ilə əvəz edilib. Qaydalara əlavə - “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti” ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















