Icma.az
close
up
RU
RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federasiyası (RF) növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqəsini (YDM) vurub.

"SOCAR Energy Ukraine" şirkətindən bildirilib ki, üç ədəd pilotsuz uçuş aparatı (PUA) Nikolayev vilayətinin Neçayane kəndində yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində güclü partlayış olub, məntəqənin inzibati binasına ziyan dəyib.

Bu, Azərbaycana məxsus müəssisəyə Rusiyanın ilk hücumu deyil. 2025-ci avqustun 8-də də RF dronları SOCAR neft bazasına hücum etmiş, hadisə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanmışdı.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə gün sonra orada təkrar partlayış baş vermişdi. Bundan başqa, ötən ilin yayında Jitomir vilayətinin Berezina kəndi yaxınlığındakı magistral yolda yerləşən SOCAR-a məxsus iki yanacaqdoldurma məntəqəsi Rusiyanın hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalmışdı.

Yanacaqdoldurma məntəqəsinə sonuncu hücumla bağlı Moskvanın Bakıdakı səfir Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ona yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar etiraz bildirilib, uyğun nota təqdim edilib.

Nazirlikdən səfirin diqqətinə çatdırılıb ki, rəsmi Bakı bu istiqamətdə dəfələrlə xəbərdarlıq etsə də, belə halların davam etməsi hücumların məqsədyönlü olduğunu göstərir.

Görüşdə, həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan XİN Rusiyanı bütün faktlar üzrə əhatəli araşdırma aparmağa, baş vermiş hadisələrə uyğun açıqlama verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın Azərbaycana aid mülki obyektləri hədəfə alması təkcə Ukrayna ərazisi ilə bitmir. Belə təxribat, təhrikedici əməllərdən biri də 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinə (AZAL) məxsus "Embraer E190AR" sərnişin təyyarəsinin Rusiya Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurlması idi. Qroznı şəhəri üzərində vurulan təyyarənin pilotları fədakarlıq göstərərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi etməyə çalışsa da, göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29 nəfəri isə yaralı xilas edilmişdi. Moskvanın hadisənin mahiyyətinə uyğun üzr istəmək istəməməsi, habelə beynəlxalq qaydalara görə ödəməli olduğu kompensasiyadan boyun qaçırması Bakı ilə münasibətlərdə ciddi gərginliyə səbəb olmuşdu.

Rusiya Azərbaycana məxsus mülkiyyətə hücum etməklə ikitərəfli anlaşmalara qarşı çıxır. Habelə, bir-birinin mülkiyyətinin toxunlmazlığı barədə əldə edilmiş anlaşmaları görməzlikdən gəlir.

2022-ci il fevralın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Həmin sənədin ikinci maddəsində "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər" vurğulanıb.

Bu baxımdan, Moskvanın Azərbaycanın Ukraynadakı mülki əmlakına hücum etməsi, rəsmi Bakının Kiyevlə əlaqələrinə qarşı bu addımı atması ikinci bəndin pozulmasıdır. Başqa bir tərəfdən, yanacaqdoldurma məntəqləri pərakəndə yanacaq satışını təmin edən əmlak-texnoloji komplekslərdir. Hüquqi normalara əsasən, onlar mülki və kommersiya təyinatlı stasionar obyektlər olaraq təsnif edilir.

Rusiya Ukraynada bu tip obyektləri vurmaqla öz zəifliyini nümayiş etdirir.

Əvvəla, SOCAR-ın yanacaqdoldurma məntəqələri yaşayış yerlərində fəaliyyət göstərir. Bu isə o deməkdir ki, həmin məntəqələr ancaq mülkü sakinlərə xidmət edir. Rusiyaya raket atan hərbi texnika, qırıcılar, yanacaqla işləyən hərbi təmayüllü başqa qurğular yanacağı mülki YDM-dən götürmür. Bu baxımdan, Ukrayna tərəfindən vurulan neft zavodlarının YDM-lə eyni statusda tutulması məntiqsizdir.

Beynəlxalq hüquqda mülki obyektlərə qəsdən zərbə endirmək müharibə cinayəti kimi təsnif edilir. Dördüncü Cenevrə Konvensiyası və Əlavə Protokol I beynəlxalq humanitar hüququn təməl aktlarıdır. Onlar mülki əhalinin müdafiəsi, döyüşçülərin statusunun tənzimlənməsi və beynəlxalq silahlı münaqişələrin aparılması üçün qlobal standart təşkil edirlər.

Odur ki, Rusiyanın Azərbaycan mülkiyyətinə hücumu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, müharibə cinayəti kimi tövsif olunur.

İkincisi, görünən odur ki, Rusiyanın Azərbaycanın Ukraynadakı YDM-lər, səfirlik və konsulluq binalarına hücumları Kiyevə deyil, müstəqil Bakıya qarşı yönəlib.

RF-də, bəlkə, ehtimal edirlər ki, YDM-lərə, səfirlik və konsulluqlara hücumla ölkədəki yanacaq qıtlığı və böhranının ardan qalxmasına nail olacaqlar. Ancaq bu da baş vermir. Əksinə, Ukraynanın zərbələri nəticəsində RF-nin özündə yancaq qıtlığı yaranır.

Ölkədə yaranmış yanacaq böhranı Moskvanın müharibəni davam etdirmək gücünün azaldığını göstərir.

Araşdırmalara əsasən, Rusiyanın Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələrin sayı may ayı ilə müqayisədə iyunda əhəmiyyətli dərəcədə azalıb. Hesablamalara görə, tətbiq edilən dronların sayı əvvəlki ayla müqayisədə 29%, raketlərin sayı isə 15% azalıb.

Ukrayna isə iyun ayında Rusiyadakı strateji obyektlərə hücumlarını gücləndirib. Bunların sırasında neftayırma zavodları, neft bazaları və limanlar da var. Zərbələrin bir hissəsi müdafiə sənayesi müəssisələrinə yönəlib. Ukraynanın digər zərbələri arasında xüsusilə "İskəndər" raketləri üçün elektronika istehsal edən Voronej Yarımkeçirici Cihazlar Zavoduna edilən hücum da var.

Hər bir halda müharibə əbədi olmayacaq. Onun bitəcəyi bir gün var. Bu mənada, tərəflər endirdikləri hər zərbədən əvvəl yüz ölçüb bir biçməlidirlər ki, körpülərin hamısı yanmasın. Xüsusən də bu körpülər onların müharibəsinə heç bir aidiyyəti olmayan və hər iki tərəflə münasibətlərdə balansı qoruya bilən Azərbaycana məxsusdursa.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:502
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 İyul 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri