Icma.az
close
up
RU
Ukraynadakı Azərbaycan diaspor təşkilatı toplanıb

Ukraynadakı Azərbaycan diaspor təşkilatı toplanıb

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müharibə şəraitində olan Ukraynada yaşayan azərbaycanlıların üzləşdiyi problemlər müzakirə olunub

Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin növbəti iclası keçirilib. AYNA xəbər verir ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, UABD-nun idarə heyətinin üzvləri, diaspor fəalları, tanınmış sahibkarlar, ziyalılar, eləcə də hərbi əməliyyatlarda iştirak edən Azərbaycan əsilli hərbi qulluqçular iştirak ediblər.

İclasda çıxış edən Ukrayna Ali Radası sədrinin müşaviri, UABD-nun sədri Hikmət Cavadov qeyd edib ki, müharibənin ağır şərtlərinə baxmayaraq, Azərbaycan icması bir araya toplaşmaqda, yaranan problemləri həll etməkdə, regional idarələrlə əlaqə saxlamaqda davam edir. O, azərbaycanlıların əvvəlki kimi bu ağır müharibə günlərində də Ukrayna xalqının yanında dura bildiyini vurğulayıb: “Möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya göndərilən humanitar yardımla yanaşı, burada yaşayan və Azərbaycan diasporu damı altında birləşən soydaşlarımız da mütəmadi olaraq Ukraynaya dəstək verirlər. Onların çoxu döyüş meydanında düşmənlə çiyin-çiyinə vuruşur”.

İdarə Heyətinin üzvləri Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edərək, döyüşlərdə iştirak edən ukraynalılara və azərbaycanlılara dəstəyin davam etdiriləcəyini bildiriblər.

İclasda müharibə şəraitində olan Ukraynada yaşayan azərbaycanlıların üzləşdiyi problemləri qaldırılıb, müzakirə olunub. Azərbaycan səfirliyinin, konsulluq xidmətlərinin fəaliyyəti və həmvətənlərə diqqəti yüksək qiymətləndirilib.

İclasda Ukrayna-Azərbaycan Qardaş Döyüş Veteranları Cəmiyyətinin həmsədri Vidadi İsrafilov UABD-nun sədr müavini seçilib. Bundan başqa, quruma diasporda fəal fəaliyyəti ilə fərqlənən daha 10 nəfər, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə dəstək verən sahibkarlar, alimlər, hərbi qulluqçular və könüllülər daxil edilib.

Görüş UABD tərəfindən maliyyələşdirilən Azərbaycan Evində baş tutub. Görüş zamanı Azərbaycanın tanıdılması, fəal döyüş bölgələrində yaşayan soydaşların dəstəklənməsi istiqamətində qarşıda duran layihələr, o cümlədən həlak olan və yaralanan azərbaycanlıların övladlarının təhsili məsələləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Fevral 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri