Icma.az
close
up
RU
Ukraynadakı Azərbaycan hədəfi niyə vuruldu?

Ukraynadakı Azərbaycan hədəfi niyə vuruldu?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Biz də deyirdik, 44 günlük müharibə vaxtı Gəncəyə, Bərdəyə, Tərtərə, Beyləqana raketləri atmaq əmri hardan gəlmişdi. Ən müasir raketlə Şuşanı kim hədəf almışdı. Mingəçevir Elektrik Stansiyasını kim vurmağa çalışmışdı. Hətta Qəbələ hava limanını kim nişangaha çevirmək istəmişdi. Bakının bir addımlığına - Xırdalana raketlə hücum kimin göstərişi idi deyə düşünürdüm.

Avqustun 6-na keçən gecə hər şey bir daha aydın oldu. Onsuz da çox şey bəlli idi, indi artıq dəqiqlik qazandı.

Rusiya Azərbaycandan Ukraynaya qaz ixracını həyata keçirəcək qaz nəqli infrastrukturuna raket zərbəsi endirib. Yəni mülki obyekti hədəf alıb.

Bundan əvvəl də Rusiya Ukraynanın enerji istehsalı və nəqli üzrə obyektləri - elektrik stansiyalarını, boru kəmərlərini və sair hədəfə almışdı. Əslində bu, Moskvanın təkcə Ukrayna dövləti ilə deyil, Ukraynanın xalqı ilə də müharibə apardığını bir daha göstərdi. İrpin, Buça soyqırımları başda olmaqla Ukraynada törədilmiş yüzlərlə qətliam faktları var. On mindən çox Ukraynalı uşağın oğurlanaraq Rusiya ərazisinə aparılması, onların orqan nəqli biznesinin qurbanlarına çevrilməsi də daxil olmaqla insanlıq əleyhinə çox ağır cinayətlər törədilib. Bunların bir tarixi mühakiməsi gec-tez olacaq.

Trend agentliyinin məlumatına görə, Ukraynanın Energetika Nazirliyi Azərbaycan qazının Ukraynaya nəqlini həyata keçirməli olan infrastrukturun hədəfə alınması rəsmi Kiyevin Azərbaycanla, ABŞ-la və Avropadakı tərəfdaşları ilə münasibətlərinin əleyhinə yönəlib. Əslində Rusiyanın bu addımı Azərbaycanın, Azərbaycanla Ermənistan arasında sülh perspektivinin əleyhinə yönəlib. Bu, Prezident Donald Trampın Azərbaycan prezidentini və Ermənistanın baş nazirini Ağ Evə dəvət etməsinə Rusiyanın özünəməxsus cavab aksiyasıdır. Azərbaycanla Ermənistan arasında sülh prosesinin uğur qazanması ehtimalının özü belə Rusiyanı qane etmir. Üstəlik ABŞ-ın təqdim etdiyi platformada. Beləliklə, Rusiya avqustun 6-da təkcə Azərbaycan qazının Ukraynaya nəqlini deyil, Azərbaycanı, Cənubi Qafqazı da hədəf almış sayılır.

Biz də deyirik, vurduğu təyyarəyə görə üzr istəyər...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Avqust 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see394

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see388

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see387

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see337

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see307

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see306

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see253

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see240

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see233

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see220

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see208

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see206

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see199

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see196

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see195

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see190

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see188

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see185

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see182

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri