RİNN “İKT də Qızlar” Günü münasibətilə tədbir təşkil edib FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə “Rəqəmsal qızlar” adlı tədbir keçirilib. Tədbir bu gün qeyd olunan beynəlxalq “İKT-də Qızlar” Günü münasibətilə təşkil edilib.
"Unikal" xəbər verir ki, təşəbbüsün əsas məqsədi 10-15 yaş arası qızların informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsindəki maraq və potensiallarını kəşf etmələrinə dəstək vermək, onları bu istiqamətdə təhsil almağa və karyera qurmağa təşviq etmək olub.
Tədbirdə iştirak edən 60 məktəbli qız İKT sahəsinə dair bilik və bacarıqlarını artırmaq imkanı qazanıb, həmçinin gələcək peşə seçimləri ilə bağlı faydalı məlumatlarla tanış olublar.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təsis etdiyi “İKT-də Qızlar” Günü hər il aprel ayının dördüncü cümə axşamı qeyd olunur. Məqsəd qızların texnologiya sahəsinə marağını gücləndirmək və onları bu sektorda aktiv iştiraka təşviq etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















