İKT də Qızlar Günü münasibətilə xüsusi görüş planlaşdırılır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 aprel, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu görüş İKT sahəsində təhsil alan və məzun xanımları bir araya gətirəcək.
AZƏRTAC-a Agentlikdən bildirilib ki, proqram çərçivəsində keçiriləcək panel müzakirədə iştirakçılar İKT sahəsində karyera inkişafı, yerli və qlobal iş imkanları, ITU proqramları və qadın sahibkarlığı mövzularında fikir mübadiləsi aparacaqlar. “Bu görüş ilham almaq, təcrübə paylaşmaq və yeni imkanları kəşf etmək üçün bir fürsət olacaq”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, İKT-də Qızlar Günü (“Girls in ICT Day”) hər il aprelin sonuncu həftəsinin dördüncü günü qeyd olunan beynəlxalq bir gündür. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən bu günün əsas məqsədi gənc qızları informasiya-kommunikasiya texnologiyaları sahəsində karyera qurmağa həvəsləndirmək, texnologiya sektorunda gender bərabərliyini təşviq etməkdir. Bu il İKT-də Qızlar Günü - “İnkişaf üçün Süni İntellekt: Rəqəmsal gələcəyi formalaşdıran qızlar” mövzusuna həsr olunub.
Müxbir - Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 21 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















