Icma.az
close
up
RU
“Risalə”nin növbəti nömrələri

“Risalə”nin növbəti nömrələri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Risalə” elmi araşdırmalar jurnalının ayrı-ayrı nömrələrinin təqdimatının ənənəyə çevrildiyini söyləyib. O, ötən il jurnalın daha iki sayının işıq üzü görməsini Azərbaycan elmi-mədəni həyatında əlamətdar hadisə kimi dəyələndirib.

“Risalə” elmi araşdırmalar jurnalının filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında olduğunu bildirən akademik Rafael Hüseynov nəşrin yeni saylarında muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorlarının, eləcə də dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələrinin dərc edildiyini vurğulayıb. Qeyd edib ki, araşdırmaçılar məqalələrində Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra aktual və az öyrənilmiş problemlərinə yeni görüş bucağından yanaşıblar. Vəsaitdə klassik və müasir Şərq və Azərbaycan ədəbiyyatı, mədəniyyətşünaslığın ayrı-ayrı problemləri ilə əlaqədar 20-dən artıq məqalə yer alıb.

Direktor Ədəbiyyat Muzeyində “Risalə” elmi araşdırmalar jurnalı ilə yanaşı, “Beşlik” – “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə toplusu, “Xəzinə” kataloqlar toplusu və “Məclis” mərasimlər toplusunun da dərc edildiyini diqqətə çatdırıb. O, sanballı yazıların, elmi məqalələrin və müxtəlif araşdırmaların toplandığı bu nəşrlərin hər birinin böyük dəyər daşıdığını bildirib.

Akademik Rafael Hüseynov “Risalə” jurnalında dərc olunan məqalələrin elmi əhəmiyyətini qeyd edib, müəlliflərə yaradıcılıq uğurları arzulayıb.

Sonda tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri təqdim olunub.

Q.YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri