Icma.az
close
up
RU
“Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı olub

“Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq Ədəbiyyat Muzeyində “Risalə” elmi araşdırmalar jurnalı ilə yanaşı, “Beşlik” - “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə toplusu, “Xəzinə” kataloqlar toplusu və “Məclis” mərasimlər toplusunun da nəşr edildiyini diqqətə çatdırıb. Sanballı yazıların toplandığı bu nəşrlərin hər birinin böyük dəyər daşıdığını deyən akademik Rafael Hüseynov “Risalə” jurnalının ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq problemlərinin elmi araşdırmalarından ibarət məqalələr toplusu olduğunu bildirib. O, yaxın gələcəkdə “Risalə” jurnalının ildə bir dəfə olmaqla ingilis dilində məqalələrdən ibarət nəşrinin nəzərdə tutulduğunu söyləyib.

Akademik Rafael Hüseynov jurnalın yeni sayında işıq üzü görmüş “Apostrofun Azərbaycan dilindəki yeri və ona qarşı olmanın yersizliyi” adlı məqaləsindən də bəhs edib. Bildirib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dilində təxminən minə qədər apostroflu söz olub. Sözlərin leksik-semantik planda məna fərqlərinin müəyyənləşdirilməsində, omoqrafların (şəkilcə omonim, oxşar, vurğusuna görə fərqlənən sözlər) yazılışında, bu sözlərin aydın tələffüzündə, hecaya ayırmasında apostrof vacib köməkçi vasitədir. Həmçinin apostrof klassik ədəbiyyatın düzgün oxunulması üçün əsas vasitələrdən biridir.

Əlifbada apostrofun bərpasının tərəfdarı olduğunu deyən alim vurğulayıb ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verir. O, apostrofdan dünya dillərində də tələffüzü asanlaşdıran bir işarə kimi istifadə olunduğunu bildirib.

Akademik Rafael Hüseynov “Risalə” elmi araşdırmalar jurnalının filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövrü elmi nəşrlər siyahısında olduğunu deyib.

Direktor jurnalın yeni nömrələrində muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələrinin dərc edildiyini söyləyib. Qeyd edib ki, jurnalının növbəti nömrələrində Faiq Əliyevin “Nəsiminin “ənəlhəq” fəlsəfəsi”, Günel Səfərovanın “Salam Qədirzadənin “Qış gecəsi” romanı”, Elazə Musayevanın “Pirəbədil” xalçaları xarici tədqiqatçıların gözü ilə”, Aytac Həmidovanın “Rüfət Əhmədzadənin həyat yolu”, İlahə Dadaşovanın “Şahin Fazilin “Meylimə imkan eləyən Şahinəm” qəzəli sənətkarın təqdimatı kimi”, Cəmilə Dəmirovanın “Yəhudi şairlərin islama zidd mövqeyi”, Məhəmmədəli Hüseyninin “Sultan Əhməd Cəlairi” və digər məqalələr verilib. O, jurnalda görkəmli yazıçılar Salam Qədirzadə, Rüfət Əhmədzadə və tarixçi, şərqşünas Şahin Fazilin yaradıcılığından bəhs edən məqalələrin də yer aldığını söyləyib.

Çıxışının sonunda akademik Rafael Hüseynov jurnalda dərc olunan məqalələrin elmi əhəmiyyətini qeyd edib, müəlliflərə yaradıcılıq uğurları arzulayıb.

Sonda tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri təqdim olunub.

Qeyd edək ki, “Risalə” elmi araşdırmalar jurnalı 2019-cu ildə Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə və 2018-ci ildən EBSCO beynəlxalq elektron məlumat bazasına daxil edilib. 2023-cü ildən etibarən jurnalda çap olunan nömrələrə ayrı-ayrılıqda Rəqəmsal Obyekt İdentifikatoru (DOI) verilib.

“Risalə” elmi araşdırmalar jurnalı “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi-mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” bölmələrindən ibarətdir. Jurnalın yeni nəşrlərini “risale.az” saytına daxil olaraq arxiv bölməsindən izləmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri