Icma.az
close
up
RU
“Risalə”nin yeni töhfələri

“Risalə”nin yeni töhfələri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələrinin təqdimatı keçirilib.

Mərasimi giriş nitqi ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Ədəbiyyat Muzeyində “Risalə” elmi araşdırmalar jurnalı ilə yanaşı, “Beşlik” - “Qaynaq” mənbələr, “Şərq” tərcümə, “Xəzinə” kataloqlar və “Məclis” mərasimlər toplularının da dərc edildiyini diqqətə çatdırıb. Sanballı yazıların toplandığını bu nəşrlərin hər birinin böyük dəyər daşıdığını deyən akademik Rafael Hüseynov “Risalə” jurnalının ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq problemlərinin elmi araşdırmalarından ibarət məqalələr toplusu olduğunu bildirib. O, yaxın gələcəkdə “Risalə” jurnalının ildə bir dəfə olmaqla ingilis dilində məqalələrdən ibarət nəşrinin nəzərdə tutulduğunu söyləyib.

Akademik Rafael Hüseynov jurnalın yeni sayında işıq üzü görmüş “Apostrofun Azərbaycan dilindəki yeri və ona qarşı olmanın yersizliyi” adlı məqaləsindən də bəhs edib. Bildirib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dilində, təxminən, minə qədər apostroflu söz olub. Sözlərin leksik-semantik planda məna fərqlərinin müəyyənləşdirilməsində, omoqrafların (şəkilcə omonim, oxşar, vurğusuna görə fərqlənən sözlər) yazılışında, bu sözlərin aydın tələffüzündə, hecaya ayırmasında apostrof vacib köməkçi vasitədir. Həmçinin apostrof klassik ədəbiyyatın düzgün oxunulması üçün əsas vasitələrdən biridir.

Əlifbada apostrofun bərpasının tərəfdarı olduğunu deyən alim vurğulayıb ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verir. O, apostrofdan dünya dillərində də tələffüzü asanlaşdıran bir işarə kimi istifadə olunduğunu bildirib.

Akademik Rafael Hüseynov “Risalə” elmi araşdırmalar jurnalının filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövrü elmi nəşrlər siyahısında olduğunu deyib.

Direktor jurnalın yeni saylarında muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələrinin dərc edildiyini söyləyib. O qeyd edib ki, jurnalının növbəti nömrələrində Faiq Əliyevin “Nəsiminin “ənəlhəq” fəlsəfəsi”, Günel Səfərovanın “Salam Qədirzadənin “Qış gecəsi” romanı”, Elazə Musayevanın “Pirəbədil” xalçaları xarici tədqiqatçıların gözü ilə”, Aytac Həmidovanın “Rüfət Əhmədzadənin həyat yolu”, İlahə Dadaşovanın “Şahin Fazilin “Meylimə imkan eləyən Şahinəm” qəzəli sənətkarın təqdimatı kimi”, Cəmilə Dəmirovanın “Yəhudi şairlərin islama zidd mövqeyi”, Məhəmmədəli

Hüseyninin “Sultan Əhməd Cəlairi” və digər məqalələr işıqlandırılıb. O, jurnalda görkəmli yazıçılar Salam Qədirzadə, Rüfət Əhmədzadə və tarixçi, şərqşünas Şahin Fazilin yaradıcılığından bəhs edən məqalələrin də yer aldığını söyləyib.

Çıxışının sonunda akademik Rafael Hüseynov jurnalda dərc olunan məqalələrin elmi əhəmiyyətini qeyd edib, müəlliflərə yaradıcılıq uğurları arzulayıb.

Sonda tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri