Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Ritmin memarı

Ritmin memarı

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Daş danışa bilərmi? Sükutun içində musiqi səslənə bilərmi? Bu sualların cavablarının hamısı XII əsrdə yaşamış Azərbaycan memarlığının əbədi siması, monumental şəxsiyyət Əcəmi Naxçıvaninin yaradıcılığındadır. Onun inşa etdiyi memarlıq abidələrinə baxanda biz sanki musiqi kimi səslənən bir ahəng duyur, bir simfoniya eşidirik. Əcəmi Naxçıvaninin möhtəşəm əsərlərində həndəsi fiqurlar musiqi notlarına çevrilir, naxışlar ritm tutur, sanki abidə səssiz bir melodiya ifa edir. Azərbaycan memarlığının güzgüsü Əcəmi Naxçıvaninin ucaltdığı türbələrin çoxbucaqlı formaları, naxışların təkrarı, onların ahəngli düzülüşü sanki musiqi notlarının daşda canlanmış formasıdır. Dahi memarın yaradıcılığı musiqinin, harmoniyanın daşdakı təcəssümüdür. Onun inşa etdiyi unikal tikililər üzərində fiqurların ritmi musiqiyə çevrilir, işıq və kölgə oyunu əbədi simfoniya yaradır. Əcəmi daşlarla elə möhtəşəm bəstələr hazırlayırdı ki, bu əsərlər əsrlərdir susmur, insanın ruhunu oxşayan mükəmməl musiqilər ifa edir. Onun ucaltdığı türbələr təkcə memarlıq abidəsi deyil, həm də simfonik əsərdir. Memarın şah əsəri hesab edilən Möminə xatun türbəsinin hər bir səthi sanki öz səsi ilə musiqi ifa edir. Buna baxmayaraq, bütün üzlər ümumi bir ahəng yaradır. Bu, təsadüfi deyildir. Orta əsr Türk-İslam dünyasında memarlıq, riyaziyyat, musiqi və s. sahələr bir-biri ilə sıx bağlı idi. Çünki həm musiqi, həm də memarlıq harmoniya üzərində qurulmuşdur. Əcəmi də daşlarla elə bir ritm yaratmışdı ki, bu ritm əsrlərdir hələ də davam edir. Memarlığın dühası Əcəminin əsərləri üzərində həkk etdiyi ulduz fiqurları, çoxbucaqlı ornamentlər kimi təkrarlanan naxışlar musiqidəki ritmik dövrləri xatırladır. Hər təkrarlanan motiv musiqidəki akkord kimidir. Bu motivlər yan-yana gələndə isə bütöv bir "musiqi əsəri" yaranır. Nəticə etibarilə bu abidələr sadəcə gözəllik nümunəsi deyil, həm də ruha xitab edən bir musiqi kimi "oxunur". Bu əsərlərə baxan insan yalnız gözləri ilə deyil, ruhu ilə də yaranan ritmi duyur. Əcəminin inşa etdiyi türbələr sanki sükut içində musiqi ifa edir. Orada alət yoxdur, səs yoxdur, lakin bir ahəng vardır. Günəş şüaları bu abidələrin inşasında istifadə olunan kərpiclər üzərinə düşəndə kölgə ilə işıq qarşılaşır və ritm daha da güclənir. Sanki həmin abidələr öz dili ilə ziyarətçiyə deyir: "Musiqi səsdən ibarət deyil, harmoniya hər yerdədir - daşda da, fiqurlarda da, kainatın özündə də".          

Bu gün biz yeni memarlıq nümunələri yaradırıq. Amma Əcəmi bizə öyrədir ki, hər tikili sadəcə funksional olmaqla kifayətlənməməlidir. O, insan ruhuna da təsir etməlidir. Necə ki, musiqi insanın qəlbinə yol tapır, memarlıq da həmin təsiri göstərməlidir. Əgər bir daş bir "not"dursa, bütöv bir tikili bir "simfonik əsər"dir. Əcəminin əsərlərində yaratdığı musiqi ritmi daima davam edir. Əcəmi Naxçıvani memarlığı daşda yaşayan musiqidir. Onun yaratdığı möhtəşəm əsərlər göstərir ki, əsl sənət zaman tanımır. Əgər bir əsərdə harmoniya varsa, o əsər sükutda da musiqi kimi səslənər. Bu gün Naxçıvanda Əcəminin inşa etdiyi memarlıq abidələrinə baxanda biz sadəcə bir abidə görmürük. Biz daşların, fiqurların, işıq və kölgənin yaratdığı əbədi musiqini eşidirik. Bu musiqinin müəllifi ritm memarı, əbədi sənətkar Əcəmi Naxçıvanidir.

Əcəmi Naxçıvani əsərləri təkcə memarlıq abidələri deyil, həm də milli kimliyimizin, sənət tariximizin əbədi yadigarlarıdır. Məhz buna görə də, Əcəmi irsinin yaşadılması dövlətimizin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 sentyabr 2025-ci il tarixində imzaladığı "Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında" Sərəncam bu qayğının bariz nümunəsidir. Əcəmi Naxçıvaniyə abidənin ucaldılması təkcə bir sənətkarın xatirəsinə ehtiram deyil, həm də Azərbaycan memarlıq məktəbinin dünyaya təqdim olunan güclü bir simvoludur. Bu abidə həm qədim Naxçıvan torpağının tarixini, həm də xalqımızın sənətə və mədəniyyətə verdiyi qiyməti əks etdirir.

Brilyant CƏFƏRLİ

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:428
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri