Icma.az
close
up
RU
Sülh dövrünün memarı

Sülh dövrünün memarı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İlham Əliyev regional və qlobal təşəbbüsləri ilə dostluq və əməkdaşlığın gələcək yol xəritəsini çəkir

İstər Azərbaycanda keçirilən regional və beynəlxlaq tədbirlərdə, istərsə də müxtəlif qitələrdə və coğrafiyalarda düzənlənən qlobal sammit və forumlarda İlham Əliyevin sözünün mübtədası da, xəbəri də Sülhdür. Dünyanın şahidlik etdiyi qlobal qeyri-müəyyənlik mühitində Azərbaycan Prezidentinin özünəməxsus siyasi davranışında, diplomatik etiketində fərqli model formalaşıb. Bu model özündə realist uzaqgörənliyi, sistemli təmkin və sabitliyi, praqmatik yanaşmanı, həmrəyliyə və sülhə əsaslanan müdrikliyi ehtiva edir. Əslində, siyasi leksikonda bunun adı liderlik konsepsiyasıdır.

Bu, həm də sağlam mövqedən, hamının – qarşı duran tərəflərin belə qəbul etdiyi həqiqətləri cəsarətlə bəyan edən liderin sözüdür. İlham Əliyevin sözünün təməlində milli maraqları beynəlxalq hüququn çərçivəsində qorumaq, daxildə sabitliyi təmin etməklə yanaşı, regionda və ondan uzaqlarda etibarlı tərəfdaş imicini formalaşdırmaqdır desək, səhvə yol vermərik.

“Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb”. Bu sözləri Prezident İlham Əliyev Astanaya dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasından sonra mətbuat üçün verdiyi bəyanatında deyib. Sözünün davamında dövlətimizin başçısı bu məqamı xüsusi olaraq qeyd edib: “Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır, hətta deyərdim ki, artıq yeni mərhələ başlayıb. Sonuncu hərbi toqquşmalardan ötən cəmi iki ildən az bir müddətdə sülh sazişinin paraflanması ondan xəbər verir ki, hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib. Əlbəttə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu ən yüksək qiymətə layiqdir. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır. Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimat çərçivəsində fikir mübadiləsi apardıq. Bu gün bu istiqamətdə diskussiyaları hələ davam etdirəcəyik”.

Azərbaycan Prezidenti “hər iki ölkə kifayət qədər yüksək siyasi iradə nümayiş etdirib” mesajı ilə rəsmi İrəvana sülhə gedən birgə yoldan sapmamasını xatırladır. Bəli, bunu sözündə və əməlində sülhsevər olduğunu bütün dünyaya nümayiş etdirmiş, bölgədə yaratdığı yeni geosiyasi reallığın gətirdiyi dinc yanaşı yaşamaq, hətta dünənki işğalçı Ermənistanla birgə əməkdaşlıq və quruculuq mərhələsinin müjdəsini verməyə qadir strateq-diplomat İlham Əliyev deyir. Bu sözləri siyasi iradəsi, qətiyyəti və sülhə bağlılığı dünyanın “böyük gücləri” tərəfindən qəbul edilən və buna haqqı çatan Azərbaycan lideri deyir.

***

Vaşinqton Sammitinin həm də Avrasiya qitəsinin tərəqqisi üçün böyük perspektivlər açdığını bildirən dövlət başçımız çıxışında onu da qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir. Bu ismarış İlham Əliyevin şəxsiyyətinə və liderilik xarizmasına hörmət bəslədiyini bir neçə dəfə geniş auditoriya qarşısında etiraf etmiş Ağ Evin sahibi Donald Trampa ünvanlanıb.

Azərbaycan Prezident İlham Əliyev mətbuata bəyanatında deyib: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Etiraf etməliyik ki, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasına təkan verən əsas amil Vaşinqton sammitindən sonra ikitərəfli münasibətlərdə yaranmış yeni mühitdir. Doğrudur, hələlik Ermənistana yüklər Gürcüstan üzərindən daşınır, amma bu, məhz sülh mühitinin gətirdiyi ilkin iqtisadi dividendlərdir. Ermənistan rəhbərliyi anlamağa başlayıb ki, kommunikasiyaların açılması, bölgə ölkələri, eləcə də dünya ilə ticarət əlaqələri Azərbaycanla sülh sazişini imzaladıqdan sonra daha da genişlənəcək.

***

Müşahidə etdiyimiz siyasi mənzərə ondan xəbər verir ki, bu gün ortaq türk kimliyi, oxşar mənəvi və mədəni dəyərlərə, milli ənənələrə əsaslanan Azərbaycan–Qazaxıstan münasibətləri əsl strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. İki qardaş ölkə arasındakı münasibətlərin diplomatik çərçivələri aşaraq Türk birliyi ideyasına və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində liderlərin fəal və konstruktiv dialoqu həlledici rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çoxsaylı qarşılıqlı səfərləri, xüsusilə son üç ildə müşahidə olunan intensivlik çox vacib məsələlərin operativ şəkildə həllinə, bölgədə və beynəlxalq arenada ortaq mövqelərin formalaşdırılmasına, sülh və əməkdaşlıq gündəliyinin birlikdə irəli aparılmasına geniş üfiqlər açıb. Niyyət və məramı sülh və əməkdaşlıq olan qardaş ölkələrin məqsədi də eynidir.

Bu əsnada Azərbaycan Prezidentinin qazaxıstanlı həmkarının ünvanına söylədiyi bu fikirlər heç də təsadüfi deyil: “Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyiniz qiymətə görə Sizə təşəkkürümü bildirirəm. Torpaqlarımız uzun illər ərzində işğal altında olanda Qazaxıstan həm ikitərəfli formatda, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlarda mövqeyi çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini ifadə edib. Biz həmişə bu dəstəyi hiss etmişik və buna görə Sizə çox minnətdarıq”.

Bu gün Astanada baş verənlər istər-istəməz tarixə gözucu baxmağımızı zəruri edir. XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, etnik qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların baş verdiyi mürəkkəb regionlardan biri idi. Bölgədəki hər bir ölkənin özünə aid problemləri olmaqla yanaşı, ən kəskin qarşıdurmanın episentri Azərbaycanın Qarabağ bölgəsi sayılırdı. Bolşevik işğalına məruz qalan Azərbaycan 2020-ci ildə Xalq–Ordu–Lider vəhdəti ilə atdığı qəti addımlardan sonra uzun müddət bölgəni gərginlikdə saxlayan status-kvonu birdəfəlik dəyişdirdi. Məhz beş il əvvəldən başlayaraq Cənubi Qafqaz sülh və sabitliyə doğru sürətli dəyişikliklər dövrünə qədəm qoydu. Bölgə ölkələri və xalqları üçün həyati əhəmiyyət daşıyan, sülhə, sabitliyə və əməkdaşlığa sağlam zəmin yaradan bu dəyişikliyin memarı Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevdir.

Doğma torpağımızda süni şəkildə yaradılmış, 200 il ərzində zaman-zaman qəsdən alovlandırılan və söndürülən Qarabağ münaqişəsinin həlli, sadəcə, bir bölgədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən daha böyük önəm daşıyır. Dövlət başçımızın ortaya qoyduğu siyasi iradə və hərbi qətiyyət Cənubi Qafqazı daimi gərginlik şəraitində saxlamağa hesablanmış qlobalistlərin oyununu pozdu.

Bəli, bu gün dünyanın sülhə həmişəkindən daha çox ehtiyacı var. Astanadan səslənən sülh çağırışının müəllifi Azərbaycan Prezidenti İlham Əliyev bunu siyasi–hərbi–diplomatik məharəti ilə hiss edir və ortaya ibrət götürüləsi örnək qoyur.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri