Icma.az
close
up
RU
“RİYAKARLIĞIN İRAN NÜMUNƏSİ...” Rektorun YAZISI

“RİYAKARLIĞIN İRAN NÜMUNƏSİ...” Rektorun YAZISI

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunu qətiyyətlə pisləyirəm. Bu hücum Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olmaqla, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin açıq və kobud şəkildə pozulmasıdır".

"AzPolitika" xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru, professor Ədalət Muradovun sosial media hesabında paylaşdğı yazıda yer alıb.

Rektor daha sonra yazıb:" İran İslam Respublikası bu hadisəyə görə tam məsuliyyət daşıyır. Mülki obyektin – vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması qəbuledilməzdir və bu addım molla rejiminin siyasi riyakarlığının açıq təzahürüdür, regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. Bu səbəbdən İran tərəfi qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisi heç vaxt İran və ya başqa bir ölkə üçün təhlükə mənbəyi olmayıb. Hətta ən çətin məqamlarda belə Azərbaycan tərəfi humanist mövqeyini qoruyub. Bu kontekstdə Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı vermiş, İran səfirliyini ziyarət etmiş və həmrəylik nümayiş etdirmişdir.

Belə bir şəraitdə İran tərəfinin Naxçıvan hava limanına zərbə endirməsi yalnız hərbi təxribat deyil, həm də mülki əhaliyə və infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.

Təəssüf ki, İran hakimiyyətinin siyasətində uzun illərdir azərbaycanlılara qarşı ayrı-seçkilik faktları mövcuddur. Bu rejim İran ərazisində yaşayan milyonlarla azərbaycanlını bir çox hüquqlardan məhrum edib, milli fəalları təqib edib, onları müxtəlif formalarda cəzalandırıb. Bu siyasət regionda etimad mühitinə ciddi zərbə vurur.

Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək öz təhlükəsizliyini təmin etmək və adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Azərbaycan güclü dövlətdir və öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Regionda sülh və sabitlik istəyən hər bir dövlət bunu anlamalı və məsuliyyətli davranmalıdır. Azərbaycanın səbrini zəiflik kimi qiymətləndirmək isə böyük strateji səhv olar".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Mart 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri