PREZİDENTİN MESAJI: AZƏRBAYCANIN SABAHI TƏHSİL VƏ ELMDƏ FORMALAŞIR Rektorun YAZISI
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prof. Ədalət Muradov
UNEC rektoru
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verdi. Bu, sadəcə müsahibə deyildi. Təhsil və elmlə bağlı səsləndirilmiş fikirlər mübaliğəsiz olaraq uğur təmin edən fəaliyyət planıdır. Bu planın məğzi isə ondan ibarətdir ki, güclü Azərbaycan güclü təhsil və elmlə qurulur"."AzPolitika" xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru, professor Ədalət Muradovun rəsmi sosial media hesabında paylaşdğı yazıda yer alıb.
Rektor daha sonra yazıb: " Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi çağırışları, tövsiyələri əsasında Azərbaycanın uğurlu gələcəyini təmin edə biləcək təhsil və elmin əsas elementlərini müəyyən etməyə çalışdıq.
Birincisi, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dilinə böyük diqqət ayırdı. Bundan əvvəl, AMEA-nın 80 illiyinə həsr edilmiş tədbirdə çıxışında da Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının əhəmiyyətinə geniş yer vermişdi: "Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Mənim göstərisimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim usaqlarımız öz ana dillərini bilsinlər. Mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur."Fikrimizcə, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı söylədikləri məhz Azərbaycan dilində təhsilə diqqət artırmağı tələb edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin, intellektual suverenliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi səciyyələndirilir. Bu məsələ təkcə dil seçimi deyil, dövlətçilik və strateji inkişaf məsələsidir. Azərbaycan dilində təhsil həm də sosial mənşəyindən asılı olmayaraq hamı üçün təhsil imkanlarını bərabərləşdirən ciddi amil, milli elmin təməli kimi qəbul edilir. Eləcə də, onlayn təhsili önə çəkməklə Prezident İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi vurğulayır.İkincisi, dəyərləri hər zaman bilikdən önə çəkən Ölkə Başçısı bu dəfə də bu yanaşmanın dəyişməzliyini təsdiqlədi və bir daha dəyərləri həlledici amil kimi qeyd etdi: "Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri." Dəyərlərin formalaşdırılması təhsildən daha çox mədəniyyətin missiyasıdır. Bu isə o deməkdir ki, təhsilin "saf, təmiz kadrlar" yetişdirməsi üçün mədəniyyətin təhsilə inteqrasiyası üçün yeni yanaşmalar tələb olunur.Üçüncüsü, müsahibədə təhsil və elm sosial-iqtisadi inkişafın əsas amili kimi xarakterizə edilmiş, cəmiyyətin bütün inkişaf mexanizmlərini hərəkətə gətirən strateji kapital kimi dəyərləndirilmişdir. Bəli, təbii sərvətlər tükənəndir, amma keyfiyyətli təhsil və onun nəticəsi olan insan kapitalı tükənməyən sərvətdir. "Əgər biz doğrudan da elmi inkisaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam süurlu səkildə, inkişaf etmis ölkələrin inkişafı ancaq zəka, agıl, təhsil, elmlə baglıdır, neftlə, qazla yox." Ona görə də bu istiqamətdə işlərin fəallaşdırılması vəzifə kimi müəyyən edilir. Başqa sözlə, ölkəmizin inkişafına təhsilin, elmin təsirini, töhfəsini artırmaq üçün ciddi addımların vaxtıdır.Dördüncüsü, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlardan danışan Prezident bir daha təhsil və elmin vəhdətinin strateji zərurət olduğuna diqqət çəkir. "Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun səkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır."Prezident İlham Əliyev elmlə təhsilin vəhdətinin əhəmiyyəti ilə bərabər həm də elmin inkişaf göstəricilərinə də diqqət çəkir: "Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur." Burada diqqəti çəkən digər məqam isə tədqiqatların milli, yerli problemlərin həllinə yönəlməsinin və praktikiliyinin vacibliyidir. Yəni, praktiki tədqiqatlar elmi biliklərin milli inkişafa çevrildiyi əsas körpüdür. Eləcə də, elm və təhsildə struktur islahatlarının qaçılmazlığı Prezident İlham Əliyevin çıxışından irəli gələn vacib vəzifələrdən biridir. Bütövlükdə, gəlinən nəticə odur ki, təhsil elmi canlı, yenilənən və dərin məzmunlu edir, elm isə təhsili etik dəyərlərlə, intellektual dürüstlüklə zənginləşdirir.Beləliklə, "Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox agır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalısmalıyıq."
Bu mövzuda digər xəbərlər:AMEA MÜSTƏQİL AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİDİR Professorun YAZISI
12 Oktyabr 2025 12:22
ALİ TƏHSİLƏ MALAYZİYA BAXIŞI Rektorun YAZISI
30 Noyabr 2025 13:21
Prezidentin bu gün təyin etdiyi rektorun DOSYESİ
03 Dekabr 2024 15:19
Prezidentin bu gün təyin etdiyi rektorun dosyesi
03 Dekabr 2024 15:26
Prezidentin Yeni İl MESAJI Zəfər, təhlükəsizlik və davamlı inkişaf strategiyası
02 Yanvar 2026 13:31
Baxış sayı:78
Bu xəbər 09 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















