“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
- +
Nəsimi rayonunda fəaliyyət göstərən “RM Medicare Klinika”nın sertifikasiyadan keçməyən şəxsləri çalışdırdığı məlum olub.
Tribunainfo.az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı məlum olub ki, “RM Medicare Klinika” İnzibati Xətalar Məcəlləsinin sanitariya və epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 20 dekabr tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar
Baxış sayı:67
Bu xəbər 19 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















