Icma.az
close
up
RU
Robotlar hansı sektorları ələ keçirib?

Robotlar hansı sektorları ələ keçirib?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Süni intellekt və robot texnologiyalarının inkişafı insana bənzər robotların istehsalatda daha geniş istifadə olunmasına imkan yaradıb. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, artıq bu robotlar yalnız nümayiş məqsədilə təqdim edilmir, zavod və digər istehsal müəssisələrində müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunur.

Bazar araşdırmaları ilə məşğul olan “Counterpoint Research” şirkətinin məlumatına görə, 2026-cı ilin ilk yarısında dünyada insana bənzər robotların tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 300 faiz artaraq 22 min ədədi keçib.

Bazarda sürətli artımın əsas mərkəzində Çin texnologiya şirkətləri dayanır.Qərb ölkələrindəki rəqiblər əsasən prototiplərin hazırlanmasına diqqət yetirdiyi halda, Çin şirkətləri ən çox robot tədarük edən ilk beşlikdə yer alıb. Onların qlobal bazardakı payı 86 faizə çatıb.

Sektorun lideri olan Çinin robototexnika şirkəti AGIBOT ilin ilk yarısında təxminən 9 700 robot tədarük edib və bazarın 43 faizinə sahib olub. İkinci yerdə 7 mindən çox robot tədarük edən Unitree şirkəti qərarlaşıb. İlk beşliyə, həmçinin Galbot, UBTECH və Leju Robotics daxildir.

Tələbin kəskin artmasının əsas səbəbi insana bənzər robotların sənaye və xidmət sahələrində real iş proseslərinə inteqrasiya edilməsidir.AGIBOT şirkəti “G2” model robotlarını tərəfdaşlarının istehsal xətlərində yerləşdirib.

Çin texnologiya şirkəti Galbot isə batareya istehsalçısı CATL-in müəssisələrində sahə sınaqlarını tamamlayıb. Tələbin artması fonunda “UBTECH də Walker S” seriyası üzrə illik tədarük hədəfini 5 min ədədə yüksəldib.

Sektorda artımın ilin ikinci yarısında da davam edəcəyi gözlənilir. Bunun əsas səbəbi pilot layihələrin kütləvi istehsal mərhələsinə keçməsi olacaq.

Proqnozlara görə, 2026-cı ilin sonunda dünyada insana bənzər robotların tədarükü 50 min ədədi ötəcək. Bu isə illik 210 faiz artım deməkdir.

Növbəti beş ildə bazarda əsas istiqamətin sənaye sahəsində istifadə olacağı gözlənilir. 

Rəqabət isə təkcə robotların texniki imkanları ilə deyil, onların müxtəlif iş proseslərində məlumatların vahid sistem üzrə inteqrasiyasını təmin etmək bacarığı ilə müəyyənləşəcək.

Gülər 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see547

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see467

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see365

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see307

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see298

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see250

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see240

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see226

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see221

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see221

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see219

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see218

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see217

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see213

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see207

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see198

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see191

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see170

Vahid məktəbli forması: Dünyəvilik, nizam intizam, sosial bərabərlik TƏHLİL

11 Oktyabr 2026 17:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri