Icma.az
close
up
RU
Rodriqez ABŞ yə səsləndi: “Münasibətlər...”

Rodriqez ABŞ yə səsləndi: “Münasibətlər...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Venesuela ilə ABŞ arasında tarixi münasibətlər mövcuddur. 

Zamanla fərqli baxışlara və düşüncələrə malik ola bilərik, lakin bu fərqliliklərin beynəlxalq hüquqa və ölkəmizin Konstitusiyasına hörmət əsasında həll edilə biləcəyinə inanırıq”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqez paytaxt Karakasdakı Miraflores Sarayının bağçasında xalqa müraciətində deyib.

ABŞ-nin hava hücumunun ölkədə silinməz iz buraxdığını, lakin Venesuelanın sürətlə toparlanma mərhələsinə daxil olduğunu deyən Delsi Rodriqez ölkədə sakitliyin və təhlükəsizliyin təmin edildiyini vurğulayıb:

“Venesuela xalqı öz suverenliyini qorumaq, milli müstəqilliyə, sülhə və sabitliyə sahib çıxmaq istəyir. Əgər venesuelalıları birləşdirən bir məqam varsa, o da ABŞ hökuməti ilə yaşanan fikir ayrılıqlarının diplomatik yollarla və siyasi dialoq vasitəsilə həll edilməli olduğudur”.

ABŞ-nin 3 yanvarda həyata keçirdiyi hərbi hücuma toxunan Delsi Rodriqez bunları deyib:

“Venesuela xalqı son 30 gün ərzində nüvə gücünə malik bir dövlət tərəfindən həyata keçirilmiş xarici mənşəli silahlı hücuma məruz qalıb. Bu müddətdə biz dedik ki, Venesuela dəyişib, yetkinləşib.

Bu hücum münasibətlərimizdə bir ləkə yaradıb, lakin fərqlilikləri aşmaq üçün səy və qarşılıqlı hörmət əsasında işləməliyik. ABŞ-nin aqressiyasının yaratdığı təsir bu gün hər zamankindən daha çox sülhün qorunmasına yönəlmiş bir sakitliyə çevrilib”.

Delsi Rodriqez ABŞ Prezidenti Donald Tramp və ABŞ Dövlət katibi Marko Rubio ilə yaxın vaxtlarda telefon danışıqları apardığını xatırladaraq qeyd edib:

“Venesuela ilə ABŞ arasında tarixi münasibətlər mövcuddur. Zamanla fərqli baxışlara sahib ola bilərik, lakin bu fərqliliklərin beynəlxalq hüquq və ölkəmizin Konstitusiyasına hörmət çərçivəsində həll edilə biləcəyinə inanırıq. Fikir ayrılıqlarını dialoq yolu ilə aradan qaldırmaq istəyirik”.

ABŞ-nin müdaxiləsindən istifadə edən bəzi radikal qrupların Venesuelada xaos yaratmağa çalışdığını deyən Rodriqez xalqın bu cəhdlərin öhdəsindən böyük yetkinlik və şüurla gəldiyini vurğulayıb.

Rodriqez inklüziv milli siyasət xətti üzrə irəlilədiklərini, Hidrokarbonlar Qanununda islahat aparıldığını və ümumi əfv qanununun qüvvəyə mindiyini bildirib.

Venesuela iqtisadiyyatını gücləndirmək və sosial hüquqları yaxşılaşdırmaq üçün ciddi səylər göstərdiklərini deyən Rodriges ölkədəki xarici investorların hüquqlarının tam təmin edildiyini də qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri