Icma.az
close
up
RU
Rojerio Santos: Gəncədə oynamaq hamı üçün daha yaxşı olardı

Rojerio Santos: Gəncədə oynamaq hamı üçün daha yaxşı olardı

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kəpəz”in portuqaliyalı qapıçısı Rojerio Santos apasport.az saytına müsahibə verib.

- “Kəpəz” son turda "Səbail"lə 1:1 oynadı. Bu matçdakı nəticə sizi razı saldı? Yoxsa nəticəyə görə çox üzgün və əsəbi idiz?
- Düzünü desəm, bu görüşdəki nəticəni bəyənmədim. Çünki biz qələbə qazanmaq istəyirdik. Oyuna da çox yaxşı hazırlaşmışdıq. Bu mənada, nəticə məni bir qədər üzdü.

- "Səbail"i məğlub etsəydiniz, xal fərqi 8-ə yüksələcəkdi...
- Bəli, bu, xal fərqini artırmaq üçün yaxşı fürsət idi. Qalib gəlsəydik, belə olacaqdı. Amma bu, futboldur. Hələ oynamağa daha çox oyunumuz var. Qarşıdakı turlara hazırlaşacağıq. Ümidvaram ki, yaxşı olacaq.

- Səncə, "Kəpəz" Premyer Liqadakı yerini qoruyub-saxlaya biləcək?
- Biz hər oyunda qalib gəlmək və xal qazanmaq üçün oynayırıq. Belə düşünsək, Premyer Liqada qalacağıq. Komandama çox inanıram. Yaxşı kollektivimiz var. Məqsədimizə çatacağımıza çox güvənirəm.

- Matçdan sonra "Kəpəz"in azarkeşləri bu nəticəyə görə narazı idilər. Onlarla danışdınız? 
- Xeyr, mən onlarla danışmadım. Çünki oyun başa çatdıqdan sonra birbaşa paltardəyişmə otağına yollandım. Amma bilirəm ki, oyundan sonra hətta onlar da narazı idilər. Amma sona qədər bizi dəstəkləyəcəklərini də bilirəm. Biz özümüz də onları sevindirməyə çalışırıq. Komandama çox inanıram.

- Növbəti turda "Kəpəz"in rəqibi "Sabah"dır. Onları məğlub etmə şansınızı necə dəyərləndirirsiniz?
- Biz artıq evdə onlara qarşı bir oyunda qalib gəlmişik. Üstəlik, bu komanda ilə heç-heçəmiz də var. Bu mənada, qarşıdakı matçda da istənilən nəticə mümkündür. Oyuna yaxşı səviyyədə hazırlaşırıq. Hədəfimiz üçün oynayacağıq.

- “Kəpəz"in yeni stadionu inşa edilir. Yəqin ki, hər gün məşqə gələndə, həmin stadionu görürsən. Yeni sezon orada oynamağı xəyal edirsən? Çünki "Kəpəz"in böyük azarkeş kütləsi var..
- Bu mövsüm daha önəmlidir və bilirik ki, Tovuzda sona qədər oynayacağıq. Təbii ki, Gəncədə oynamaq hamı üçün daha yaxşı olardı. Amma bu mümkün deyil. İndi isə qarşıdakı bütün oyunlara fokuslanmışıq. 

- Azərbaycanda çoxlu sayda portuqal futbolçular oynayır. Demək olar ki, Misli Premyer Liqası portuqallar üçün yaxşı tramplindir? Yoxsa, maliyyə şərtləri yaxşıdır deyə, bura gəlirlər?
- Şəxsən öz adımdan danışa bilərəm. Həm ölkə, həm də Premyer Liqa haqqında xoş sözlər eşitdiyim üçün Azərbaycana gəldim. Digər portuqallar nə düşünürlər, bilmirəm.

De Bleker bu dəfə tərəf tutmadı: "Penalti gözləyirdik" “Sabah”ın məşqçisinə 5 oyunluq cəza AFFA klubları cəzalandırdı Rusiya komandaları beynəlxalq yarışlara qayıdır? - İnfantinodan açıqlama Azərbaycan Kuboku: 21 ildən sonra ilk dəfə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://apasport.az
archiveBu xəbər 03 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri