Icma.az
close
up
RU
Rojerio: “Uğurlu nəticənin ardı gəlməlidir”

Rojerio: “Uğurlu nəticənin ardı gəlməlidir”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kəpəz”in qolkiperi Rojerio Santos klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, qapıçı mövsümə bağlı fikirlərini bölüşüb:

– Rojerio, məğlubiyyət seriyasına son qoyduğumuz “Neftçi” ilə oyun barədə nə deyə bilərsən?
– Çempionatda işlərimiz istədiyimiz kimi başlamadı. Ardıcıl oyunlar uduzduq. Vəziyyətdən çıxmaq üçün “Neftçi” ilə oyun bizim son şansımız idi. Qələbə qazanmaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhval-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı.

– Sənin oyunun sonlarına doğru iki möhtəşəm reaksiyan komandanın qələbəsində az rol oynamadı. Özünü xilaskar sayırsan?
– Həmin iki zərbə oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik.

– Çempionatda milli komandaların oyunları ilə bağlı fasilə yaranıb. Fasilə bizim xeyrimizə olacaq?
– Əlbəttə, yaxşı mənada təsir edəcək. Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin ardı gəlməlidir.

– Qarşıda “Qarabağ” ilə oyun var. İlk dövrədəki matçda meydanı zədələnərək tərk etdin. Sən əvəzlənəndən sonra komanda qollar buraxıb uduzdu. İndi hansı nəticəyə ümid etmək olar?
– Bizi güclü rəqib ilə çətin oyun gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 İyul 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri