Icma.az
close
up
RU
İndi daha güclüyük, hədəfimiz Premyer Liqada qalmaqdır Rojerio Santos

İndi daha güclüyük, hədəfimiz Premyer Liqada qalmaqdır Rojerio Santos

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kəpəz"in qapıçısı Rojerio Santos Sportal.az saytına müsahibə verib.

- Milli fasilədən öncə "Neftçi" ilə qarşılaşdınız və onlara uduzdunuz. Bu matç sizin üçün necə alındı? 

- Hazırkı liderə qarşı oynayırdıq, çətin oyun oldu. Təbii ki, xal qazanmaq istəyirdik. Lakin təəssüf ki, bunu etmək mümkün olmadı. Sona qədər mübarizə apardıq. Ancaq alınmadı.

- “Neftçi" çempionatın lideridir. Demək olar ki, ən ağır oyununuz onlara qarşı alındı? 

- Bütün oyunlar çətindir. Amma biz onlara qarşı açıq və bərabərsəviyyəli mübarizə aparmağa, oyunun sonuna qədər xal qazanmağa çalışdıq. Minimal fərqlə məğlub olduq.

- “Kəpəz" üçün səfərdə oynamaq daha çətindir? Çünki evdə öz azarkeşlərinizin qarşısında əla dəstəyiniz olur...

- Əlbəttə, öz meydanımızda oynamağı sevirik. Lakin səfər oyunlarında da yaxşı nəticələr əldə edirik. Yalnız "Sabah" və "Neftçi"yə uduzmuşuq. Səfər görüşlərində uğurlu nəticə qazanmağımızın səbəbi odur ki, azarkeşlərimiz rəqib meydançalarında da bizi tək qoymur, sona qədər dəstəkləyir.

- “Kəpəz" hazırda turnir cədvəlində 6-cı pillədədir. Bu pillə sizi nə qədər razı salır? Səncə, daha üst pillələrə yüksəlmək mümkündür?

- Ötən illərlə müqayisədə, bu il çox yaxşı mövsüm keçiririk. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Lakin hər oyuna qələbə qazanmaq üçün çıxacağıq və sonda hansı mövqedə olacağımızı görəcəyik.

- "Kəpəz"in bu cür uğurlu çıxışı çoxları üçün gözlənilməz idi. Səncə, komanda avrokuboklar mübarizəsinə qoşula bilər? Bunu real hesab edirsən?

- Bu barədə danışmaq hələ tezdir. Dediyim kimi, əsas hədəfimiz Premyer Liqada qalmaq və hər oyunda qələbə uğrunda mübarizə aparmaqdır. Bunun üçün də yaxşı hazırlaşırıq.

- Bu komandada daha əvvəl də forma geyinmişdin. Əvvəlki və indiki arasında hansı fərqləri görürsən? 

- Düşünürəm ki, indi daha güclüyük. Əla kollektivimiz var və oyunçular arasında çox yaxşı münasibətlər mövcuddur. Həmçinin, bu il azarkeşlərimiz bizi daha yaxından dəstəkləyirlər. Bütün bunlar birlikdə hər şeyi daha yaxşı edir.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri